Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
Belarusda keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz aksiyalarının yatırılması zamanı bir nəfər həlak olub.
Ovqat.com xəbər verir ki, məlumatı Belarus DİN yayıb.
Məlumata görə, “iğtişaşçılar” Minskin Pritytski prospektində hərəkətin qarşısını almaq üçün barrikadalar qurublar. Meydanın boşaldılması üçün gələn xüsusi qüvvələrlə qarşıdurma zamanı nümayişçilərdən biri “müəyyən edilməmiş partlayıcı qurğunu hüquq-mühafizə orqanlarına tərəf atmağa çalışıb. Partlayıcı qurğu onun öz əlində partlayıb və həmin şəxs ağır yaralanıb.
Belarus DİN-in mətbuat katibi Olqa Çamadanovanın Telegram səhifəsində yazdığına görə, Minskin "Puşkinskaya" metrosu yaxınlığında polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və işıq qumbarasından istifadə etmək məcburiyyətində qalıb. TASS-ın məlumatına görə, şəhərin bu hissəsinə çoxlu sayda mitinqçi polis zorakılığı ilə üzləşib. Nümayişçilər arasında rezin güllələrdən yaralananlar var və onlardan biri jurnalistdir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar