Xəbər lenti
 
 
“Fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasov Azərbaycanın yetişdirdiyi nadir mütəfəkkirlərdən, elm xadimlərindəndir. O, heç bir zaman əsassız iddia irəli sürməz və yoxlanılmamış, əmin olmadığı məlumatlara istinad etməz”.
 
Ədalət partiyasının sədri, hüquq elmlər doktoru İlyas İsmayılov AMEA-nın Fəlsəfə İnstitutunun Əbülhəsən Abbasov barədə dünən yayınladığı bəyanatını şərh edərkən belə deyib.
 
Partiya sədri Ovqat.com-a açıqlamasında bildirib ki, Əbülhəsən Abbasov barədə fikir irəli sürənlər uzun illər onunla eyni yerdə işləsələr də, görünür, bu dəyərli elm xadiminin yaradıcılığına, şəxsi keyfiyyətlərinə yaxşı bələd deyillər: “O, çox ciddi elmi fəaliyyətlə məşğul olan və dünyanın bir çox elmi çevrələri tərəfindən qəbul edilən böyük alimdir. Şöhrəti Azərbaycan sərhədlərinə sığmayan Əbülhəsən müəllim bizim cəmiyyətdə öz layiqli yerini almayıb. Bir çoxlarından fərqli olaraq, Əbülhəsən Abbasov elmdə sifəti olan şəxsiyyətdir və akademik adını daşımağa hər kəsdən çox onun haqqı çatır. O, həmişə orjinal konsepsiya və düşüncələriylə Azərbaycan elminə yeni nəfəs gətirib, azad düşüncəsindən heç vaxt geri addım atmayıb. Əbülhəsən müəllimi bütün bu keyfiyyətləri ilə elmin nadir incisi adlandıra bilərik”.
 
İ.İsmayılov Əbülhəsən Abbasovun Ramiz Mehdiyev barədə dedikləri fikirlərə isə münasibət bildirmək istəməyib: “Mən yıxılana balta vuran deyiləm”.
 
Xatırladaq ki, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham  Məmmədzadə dünən professor Əbülhəsən Abbasovun Ramiz Mehdiyev barədə irəli sürdüyü iddiaları faktları kobud şəkildə təhrifetmə kimi qiymətləndirmiş və onu əsası olmayan və yoxlanılmamış məlumatların mətbuata açıqlamaqda günahlandırmışdı.
 
 


Ana səhifəyə qayıt        Baxış: 5 212          Tarix: 24-09-2020, 12:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma