Xəbər lenti
 
 
 
Rusiyadakı Azərbaycan vətəndaşlarından sərhədi keçmək üçün Dağıstana gəlməmələri xahiş olunur. 
 
Ovqat.com xəbər verir ki, bu müraciət İnquşetiya Daxili İşlər Nazirliyi tərəfindən yayılıb.
 
Nazirliyin veb saytında verilən açıqlamada deyilir: "Azərbaycan Respublikası ərazisində hərbi vəziyyətin tətbiq edilməsi ilə əlaqədar olaraq dövlət sərhədinin bağlanması və Azərbaycan Respublikası vətəndaşlarının sərhədi keçə bilməməsi səbəbindən Dağıstan Respublikasına gəlmələri məqsədəuyğun hesab olunmur". 
 
 
Dağıstan Daxili İşlər Nazirliyinin açıqlamasına görə, hazırda sərhəddə 837 Azərbaycan vətəndaşı evə getmək üçün fürsət gözləyir, onlardan bəziləri qohumları, tanışları, dostlarıgildə yerləşiblər. Belə bir fürsəti olmayanlar 400 vətəndaşımız isə sərhəddə qurulan çadır düşərgələrdə müvəqqəti məskunlaşıblar.
 
“Əvvəllər qonşu dövlətin bir qrup vətəndaşı həftədə bir dəfə evlərinə gedə bilirdilər, lakin Azərbaycanla Ermənistan arasındakı qarşıdurmanın kəskinləşməsi səbəbindən qonşu dövlətin sərhədi müvəqqəti bağlanıb və vətəndaşlar çadır şəhərciklərin məcburi sakinləri kimi gözləmək məcburiyyətindədirlər. Oktyabr ayında axşamlar günəşli və qonaqpərvər Dağıstanda da soyuq olur. Dərbənd bölgəsinin polisləri dünən çadır şəhərciyinə 400-dən çox isti və tüklü yorğan gətirdilər ki, evdən uzaqlaşmaq məcburiyyətində qalan insanlar qızına bilsinlər”,-müraciətdə belə deyilir.


Ana səhifəyə qayıt        Baxış: 4 887          Tarix: 21-10-2020, 06:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma