Xəbər lenti

 
Üçtərəfli bəyanata görə, Ağdam ərazisi artıq boşaldılmalı idi. Dağlıq Qarabağdan gələn məlumatlar isə ermənilərin Kəlbəcərdə olduğu kimi, Ağdam rayonunda da özlərini tülkülüyə qoyduqlarını göstərir.
 
Ovqat.com-un məlumatına görə, Əsgəran bölgəsi rəhbərliyinin müavini Armen Mangasaryan “Sputnik Armenia”-ya bildirib ki, Qarabağın Əsgəran bölgəsindəki pulsuz mənzil fondu qaçqınların yerləşməsi üçün kifayət deyil.
 
"Uxtasardan təxminən 350 nəfər (69 ailə), Armenakavandan təxminən 150 nəfər köçürülməlidir. Bu kəndlərdən mülklərin çıxarılması ilə bağlı problem var. Son ana qədər bu yaşayış məntəqələrinin Azərbaycanın nəzarətinə keçib-girməyəcəyi bəlli deyildi."
 
Üstəlik təkcə Əsgəran bölgəsinin kəndləri deyil, Ağdərə bölgəsi də köçürüldüyü üçün nəqliyyat çatmır. Vətəndaşların köçürülməsi problemi daha kəskindir. Qarşıda dayanan vəzifəmiz Əsgəran bölgəsindəki bütün insanları yerləşdirməkdir, eynilə Şuşa və Hadrut sakinlərini də Xankəndində yerləşdirmək lazımdır.
 
Manqasaryana görə, bəzən insanlar əvvəlcədən xəbərdarlıq etmədən gəliblər. Bu da onların yerləşdirilməsi problemi yaradıb. İndiki problemlərin yaranmaması üçün yerli hakimiyyət orqanları gərək əvvəlcədən xəbərdarlıq edilməliydilər.
 
“Sputnik Armeniya”nın iddiasına görə, səlahiyyətli şəxslər bölgənin mənzil fondu siyahısını aparıblar: “Pulsuz mənzil yaşayışa ehtiyacı olan insanların yalnız 50% -nə çatır. İndi məktəblər və uşaq bağçaları bu ehtiyaclar üçün yenidən təchiz olunur və minimum yaşayış şəraiti yaradılır”.
 
Qeyd edək ki, Ağdam ərazisindən köçürülənlər vaxtilə Qarabağda yaşamayan ermənilərdir. Onlar əsasən Ermənistandan köçürülüb, azərbaycanlı ailələrin mənzillərində yerləşdiriliblər. Razılaşmaya əsasən, Dağlıq Qarabağda yalnız 90-cı ildən əvvəlki əhali yerləşdirilə bilər. O halda niyə həmin adamlar Dağlıq Qarabağ ərazisində yerləşdirilməlidir ki, indiki problemlər də yaşansın. 
 
Ümumiyyətlə Kəlbəcərdə Azərbaycan dövlətinin humanizmi nəticəsində 10 gün zaman qazanan ermənilərin, belə görünür ki, ağızları bala batıb. Onlar eyni bəhanə ilə köç prosesini qiyamətə qədər uzadacaqlarını sanırlar. Halbuki, həmin ermənilər bizim insanları ata-baba ərazilərimizdən çıxaranda cəmi bir neçə saat zaman vermişdilər. Elədirsə, Azərbaycan niyə onların nazıyla oynamalıdır?
 
 


Ana səhifəyə qayıt        Baxış: 4 970          Tarix: 20-11-2020, 00:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma