Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan 3 tərəfli bəyanata əsasən, Moskva Dağlıq Qarabağa ümumilikdə 1960 “sülhməramlı” əsgər, 90 ədəd BTR zirehli maşın və 370 ədəd avtomobil və xüsusi texnika göndərməlidir. Bəyanatdan dərhal sonra bölgəyə göndərilən hərbi texnika əsgərlərin sayı isə bilinmir. Rusiya 10 oktyabrdan indiyədək təyyarələrlə öz hərbi texnikalarını Ermənistana, ordan isə Dağlıq Qarabağa yeridir. Bu gün yayılan ən son məlumata görə, Rusiyadan İrəvana daha 20 təyyarə hərbi texnika və canlı qüvvə gətirilib. Kremlin bu səyləri bölgəyə göndərdiyi əsgərlərinin “sülhməramlı” olması ehtimalını şübhə altına alır.
Ovqat.com xəbər verir ki, Dağlıq Qarabağda rus hərbi qüvvələrinin gücləndirildiyi bir zamanda qardaş Türkiyə də Azərbaycana əsgər göndərmək prosesini sürətləndirib.
Məlumata görə, bu gün Türkiyə Milli Müdafiə Naziri Hulusi Akar, Türk Silahlı Qüvvələrinin komandanlığı səviyyəsində Türk Aerokosmik Sənayesini (TAI) ziyarət edib. TUSAŞ Baş direktoru Temel Kotil, İdarə Heyətinin sədri Rafet Bozdoğan və digər rəsmi şəxslər tərəfindən qarşılanan Akar və onu müşayiət edən komandir heyəti layihələr haqqında məlumat alıb.
Daha sonra toplantıda çıxış edən Akar Türk ordusunun vəzifələrini həm ölkədə, həm də xaricdə böyük qəhrəmanlıqla və fədakarlıqla yerinə yetirməyə davam etdirdiyini bildirib. O, çıxışında Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Azərbaycana qoşun yeritmək üçün qətnamə layihəsi hazırladığını və TBMM-nin bu layihəyə səs verdiyini xatırladıb.
Azərbaycan xalqının qələbəsi üçün Türkiyənin əlindən gələni etdiyini vurğulayan Akar deyib: "Azərbaycanla bağlı qətnamə qəbul olundu. Biz də hazırlıqlarımızı tamamlandıq. Bu qətnamənin bir tələbinə uyğun olaraq Mehmetçik Azərbaycandakı vəzifəsini icra edəcək. Hərbi Hava Qüvvələrimiz də hazırdır”.
Məlumata görə, bütün hazırlıqlarını tamamlayan Türk əsgərləri Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatını gözləyir.
Türk rəsmilərinin bildirdiklərinə görə, “hazırlıqlar bölgədə atəşkəsə nəzarət, Azərbaycan ordusunun işğaldan azad etdiyi rayonlarda təhlükəsizliyin təmini üçün yaradılan mexanizmin ehtiyac duyulan dəstək istiqamətində genişmiqyaslı planlama çərçivəsində görülüb”. Bu fakt bir çoxlarının düşündüyü kimi, Türk əsgərlərinin yalnız ortaq müşahidə mərkəzində ruslarla “qiybət qırmaq” üçün Azərbaycana təşrif buyurmadığını göstərir.
Bildirildiyinə görə, Türkiyədən Azərbaycana kifayət qədər hərbi qüvvə göndəriləcək və bu qüvvə Rusiyanın bölgədəki gücünə adekvat olacaq. “TSK qüvvələri; kəşfiyyat və xüsusi hərbi bölmələrdən, mobil və yüngül zirehli maşınlardan, yüngül silahlardan ibarətdir. İşğaldan təmizlənmiş ərazilərdə təmas xətti yaxınlığında yerləşməsi nəzərdə tutulan Türk hərbi qüvvələri lazım olarsa Rusiya ilə bərabər hadisələrə müdaxilə etmək səlahiyyətinə sahib olacaq. Rus sülhməramlılarının müşahidə nöqtələrinin sıx yerləşdirildiyi Laçın, Şuşa və Kəlbəcər kimi bölgələrdə Türkiyə və Azərbaycan ordusu tərəfindən müşahidə nöqtələrinin qurulması gözlənilir.
Bildirildiyinə görə, Azərbaycana göndəriləcək hərbi hissədə, Türk-Rusiya Birgə Müşahidə Mərkəzində iştirak etməyi planlaşdırılan personal və sistemlər yoxdur. Birgə mərkəzin yaradılması ilə bağlı işlər hələ başa çatmayıb. Rusiya nümayəndə heyəti ilə ortaq mərkəzin strukturu və işçi sayı kimi mövzularda müzakirələr hələ davam edir. Bu mərkəzlərin hərbi və mülki (diplomatik ünsürlər də daxil olmaqla) heyətinin yanında Türkiyənin kəşfiyyat PUA-larının da fəal iştirakı gözlənilir.
Maraqlı məqam həm də ondan ibarətdir ki, Türk ordusu Azərbaycana gəlməmişdən əvvəl Azərbaycan Prezidentinin tapşırığı ilə DTX rəhbəri Əli Nağıyev Şuşaya səfər etmiş, bu səfər çərçivəsində “Füzuli şəhəri və Hadrut qəsəbəsində DTX-nin yeni fəaliyyətə başlamış yerli şöbələrinin təchizat məsələləri və iş şəraiti ilə tanış olmuş, Müdafiə Nazirliyi və digər strukturların əməkdaşları ilə görüşlər keçirmiş və qarşıda duran birgə vəzifələri” gözdən keçirmişdi. Səfər Türk əsgərlərinin yerləşdiriləcəyi bölgələrin xidmətə hazırlıq səviyyəsinin ölçülməsiylə də bağlı ola bilər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar