Xəbər lenti
15-01-2021, 18:17

 
 
Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın kürəkəni, ölkənin Vatikandakı keçmiş səfiri Mikael Minasyan baş nazir Nikol Paşinyanın Qarabağla bağlı "bütün yalanlarını açıqlayacağını" vəd edib. 
 
Ovqat.com-un məlumatına görə, Minasyan Facebook səhifəsində baş nazir Nikol Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin gedişi və son müharibənin qaçılmaz olduğu barədə fikirlərini şərh edərkən bildirib ki, Paşinyan indi özünə nə sərf edirsə, onu danışır.
 
Halbuki, Paşinyan oktyabr ayının sonunda ona təklif olunan daha sərfəli nizamlanma variantını rədd edib. Həmin sənəddə hərbi əsirlər və həlak olanlar haqqında xüsusi bənd vardı. Yekun sənəddə - Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 9-da imzaladıqları üçtərəfli bəyanatında isə bu maddə “itib-batıb”. İlkin sənəddə həmçinin yeddi deyil, beş rayonun verilməsi təklif edilirmiş (yəni Laçın və Kəlbəcərin verilməsi nəzərdə tutulmurmuş). Naxçıvana yeni yolun çəkilməsi haqqında heç nə yoxdu.
 
Minasyan facebook statusuna ilkin sazişin foto görüntüsünü də əlavə edib. Mətndə göstərilir ki, erməni qüvvələri Ağdam rayonunu və Şuşa şəhərini təhvil verməlidirlər. Laçın və Kəlbəcər rayonları haqqında burada heç bir söz deyilmir.
 
"Nikol bizi aldadıro, həmişə yalan danışıb və milli məsələlərlə məşğul ola bilmir", - Minasyan belə yazıb.


 
Onun sözlərinə görə, Ermənistan və Dağlıq Qarabağ rəhbərlərinin itkin düşmüş, əsir və girov götürülmüş qurbanlar barədə də tam məlumatları var: “Milli Təhlükəsizlik Xidməti onlara vəziyyət haqqıda tam məlumat verir. Ancaq Paşinyan komandası bu məlumatları dərc etməkdən qorxur”.
 
Baş nazir Nikol Paşinyanın Qarabağla bağlı bugünkü bəyanatını spekulyasiya hesab edən səfir iddia edib ki, "orada Vyana və Sankt-Peterburqda sazişlər və geosiyasi şərtlər də daxil olmaqla, bir çox digər mühüm halların üzərindən bilərəkdən yan keçilib".
 
Əslində spekulyasiya ilə məşğul olan Sarqisyanın səfir kürəkəninin özüdür. Zira o, yeni heç nə deməyib, bir müddət əvvəl istər Azərbaycan prezidenti İlham Əliyevin, istərsə də onun rusiyalı həmkarı Vladimir Putinin fikirlərini öz məntiqinə əsasən şərh edib. Belə ki, oktyabrın əvvəllərində Paşinyana təklif olunan bu layihə yekun bəyanat deyildi. Kazan və Madrid prinsiplərinə əsasən hazırlanan 5+2 formulunun ilkin mərhələsini nəzərdə tuturdu. Bu formula əsasən, Ermənistan əvvəl 5 rayonu Azərbaycana qaytaracaq, sonra isə 2 rayonu boşaldacağına dair konkret təqdim verəcəkdi. Mikael Minasyanın yayınladığı həmin sənəd Azərbaycan ordusunun 4 rayonu azad etməmişdən əvvəl Paşinyana təklif edilən variant idi. Ermənistan Baş naziri bu təklifə razı olmadığından Ordumuz hərbi əməliyyatları davam etdirmiş və 4 rayonu almış, digər rayonları da xilas etmək avandajı qazandıqdan sonra düşmən məcburən 5+2 formulunu mənimsəmək məcburiyyətində qalmışdı. Amma bu formulun ilk mərhələsi başa çatdığından digər rayonlardan nə zaman çıxacağına dair təqvim verməli olmuşdu. Dolayısıyla Paşinyan ona təklif edilən ilk razılaşmanı da qəbul etsəydi, yenə də Laçın və Kəlbəcəri boşaltmaq taleyindən qaça bilməyəcəkdi.
 
Mikael Minasyanın guya səhvini tutduğu Paşinyan da bugünkü çıxışında əslində yuxarıda səsləndirdiyimiz mülahizələri dilə gətirmişdi.
 

 
Bildirildiyinə görə, bu gün - noyabrın 29-da Ermənistanın Baş naziri Nikol Paşinyan daxili siyasi sabitlik məsələsi və Qarabağla bağlı danışıqlar prosesini şərh edib. Ərazilərin təhvil verilməsi məsələsindən danışan Paşinyan qeyd edib ki, hələ 2011-ci ildə Kazanda Saziş imzalanmağa hazırlaşan ozamankı Ermənistan hakimiyyəti Qarabağ ətrafındakı 7 rayonu müvəqqəti (yekun olmayan) status və gələcək referendum qarşılığında təhvil verməyə hazır imiş, lakin Azərbaycan buna razı olmayıb və yeni şərtlər irəli sürüb. 
 
Şuşaya gəlincə, Paşinyan qeyd edib ki, bu məsələ də 2007-ci ildə hazırlanmış Madrid prinsipləri ilə müəyyən edilib
 
“Həmin prinsiplərə görə, keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin əhalisi 1988-ci ildə olduğu kimi, eyni nisbətdə yenidən məskunlaşdırılmalı idi. 2013-cü ildən Azərbaycan 2016-cı ilin aprel müharibəsinə qədər sərhəddə gərginliyi artırmağa başlayıb. Azərbaycan ATƏT-in Minsk Qrupu həmsədrlərinin təkliflərini yerinə yetirməməkdə davam edib və birtərəfli şəkildə öz tələblərini irəli sürüb.
 
2018-ci ildə mən baş nazir vəzifəsinə gələrkən əlbəttə, bununla tanış oldum. Nə edə bilərdim? Mən xalqa müraciət edib deyə bilərdim ki, "dostlarım, vəziyyət belədir: ya yeddi rayonu və Qarabağı statusu olmadan Azərbaycana verməliyik, ya da müharibə olacaq". İnsanlar mənə nə deyərdilər? Onlar Vətən üçün nə etməzdilər? Müharibə yenə baş verərdi və elə olardı ki, onu Ermənistan başladardıYox, əgər mən desəydim ki, torpaqları veririk, insanlar "Nikol xəyanətkar" deyərdilər, müharibə yenə qaçılmaz olardı", - Paşinyan belə deyib.
 
Baş nazirin sözlərinə görə, əgər o, Türkiyə-Azərbaycan hərbi təlimlərinin ilk mərhələsində, yəni iyuldakı hücum ilə sentyabrda müharibə arasında danışıqlarla məsələni həll etməyə çalışsaydı, onda da qoşunların çıxarılmasının konkret qrafikini tələb edərdilər. Əgər o, buna razılıq versəydi, onu yenidən “xain” adlandırardılar və yenidən müharibə başlanardı: “Beləliklə, 2018 – ci ildən Qarabağ məsələsi dalana dirənmişdi və onun yalnız bir çıxışı var idi-ərazilərin qeyd-şərtsiz verilməsi, özü də Azərbaycanın yeni tələblər irəli sürməyəcəyinə zəmanət yox idi. Bu da yeni müharibənin risklərini nəzərdə tuturdu. Əgər artıq başlanan müharibəni dayandırsaydı, nəticə yenə eyni olardı: yeddi rayon vermək. Bütün bunların fonunda Ermənistan mümkün qədər müharibəyə hazırlaşırdı. Bəlkə də pis hazırlaşırdıq, amma iyul döyüşləri göstərdi ki, Azərbaycana qarşı müəyyən hazırlıqlar görülmüşdü”.


Ana səhifəyə qayıt        Baxış: 5 399          Tarix: 29-11-2020, 17:50      


Paylaş:   

Ən çox oxunanlar