Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
MUSULMANS EN FRANCE, Fransa 16.01.2021 Müəllif: Aytən Muradova Azərbaycan haqqında niyə danışmaq lazımdır? Fransanın “qapazaltı” mətbuatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gedişində Ermənistanı təşviq edirdi. Amma reallığı bilmək lazımdır. Azərbaycan dünyəvi, çoxmədəniyyətli, çoxkonfessiyalı, dünyanın ən tolerant ölkəsidir. Bu və sonrakı məqalələrimizdə Azərbaycanda yaşayan müxtəlif icmalardan bəhs edəcəyik. Bu dəfə Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Melix Yevdayevlə müsahibəni təqdim edirik: “Azərbaycan yəqin ki, dünyada ən inkişaf etmiş multikultural mühitə sahib ölkədir” - Dağ yəhudiləri kimdir? - Həzrəti Süleyman tərəfindən Yerusəlimdə inşa edilmiş ilk məbəd eramızdan əvvəl 587-ci ildə II Nabuşodonosorun ordusu tərəfindən dağıdılıb. Bundan sonra yəhudilərin miqrasiyası başlayıb. Onların bəziləri 20 əsrdən çoxdur yaşadıqları Azərbaycana yayılıblar. Sonradan burada Dağ Yəhudiləri Dini İcmasını yaradıblar. - Azərbaycanda yəhudilərlə bağlı vəziyyət necədir? - Azərbaycanda yəhudilərin müsəlman və qeyri-müsəlman dini icmaların nümayəndələrilə qardaşlıq münasibəti var. Belə nümunələrdən biri də məni tez-tez xristian bayramlarında iştiraka dəvət edən baş keşiş Aleksandrla dostluğumuzdur. Dinlərimiz ayrı olsa da, biz onlarla sülh şəraitində yaşayırıq. Azərbaycanın mərhum prezidenti Heydər Əliyev qardaşlığı millətin əsas sütunlarından birinə çevirib. O, deyirdi ki, tolerantlıq xalqımızın yüksək mədəniyyətinin göstəricisidir. Dünyada ən yaxşı multikultural və multikonfessional mühitə sahib olan Azərbaycanda bütün icmalar üçün eyni inkişaf perspektivləri var. Biz burada heç vaxt antisemitizmlə, ayrı-seçkiliklə qarşılaşmamışıq. Mən tez-tez deyirəm ki, bizim üçün belə ölkə seçdikləri üçün əcdadlarımıza minnətdar olmalıyıq. Roş-Ha-Şana, Yom-Küpür, pasxa, Sukkut, Şavuot bizim bayramlarımızdır. Roş-Ha-Şana bayramı sentyabrda qeyd olunur və iki gün davam edir. Bu bayram zamanı Yeni ili şirin etmək üçün süfrəyə bal və alma qoyulur. Yom-Küpür bayramı Roş-Ha-Şanadan 10 gün sonra başlayır. Pasxa bayramı isə 8 gün davam edir. Yeddi həftə sonra isə Şavuot bayramı başlayır. Yəhudilər ilin müxtəlif vaxtlarında 20 günə qədər oruc tutur və bizdə oruc 24 saat davam edir. Bilirsinizmi ki, Tövrat və müqəddəs Quran Uca Yaradan tərəfindən 1500 il ara ilə eyni ayda – Ramazan ayında nazil olub? Azərbaycanda 9 sinaqoq, rusdilli bir İsrail kolleci və iki orta məktəb, həmçinin 3 uşaq bağçası var. Sinaqoqlar Quba, Oğuz və Bakıda yerləşir. İcmamızın sinaqoqu prezident İlham Əliyevin dəstəyi ilə tikilib və 2011-ci ilin martından fəaliyyət göstərir. Bir müsəlman ölkəsində dövlət hesabına sinaqoqun inşa edilməsi bənzərsiz haldır. Dövlət dağ yəhudilərini, o cümlədən bu gün Amerikada, İsraildə, Fransada, Kanada və Avstraliyada yaşayan dağ yəhudilərini dəstəkləməkdə davam edir. Dünyada onların ümumi sayı təxminən 200 min nəfərdir. Bu yaxınlarda Azərbaycanda bizim üçün yeni mədəniyyət mərkəzinin tikintisi üçün yer də ayrılıb. Burada hökumət bütün dini icmalara maliyyə dəstəyi göstərir. - Siz özünüzü yəhudi hiss edirsiniz, yoxsa azərbaycanlı? - Biz tam yəhudi və tam azərbaycanlıyıq. Dövlət bizə dinimizi, dilimizi və adət-ənənələrimizi qorumaq imkanı verib. Cəmiyyət üçün biz də digərləri kimi vətəndaşıq. Burada bizim bütün hüquqlarımız Konstitusiya ilə qorunur. Azərbaycan yəhudilərin barış içərisində yaşamasına, yəhudi olduqlarını tam hiss etməsinə imkan verir. Biz gündəlik həyatımızda bunun şahidi oluruq. Azərbaycan bizim vətənimizdir və əlbəttə ki, biz üzləşdiyi sınaqlarda, həyata keçirdiyi layihələrdə ölkəmizi tam dəstəkləyirik. Azərbaycanın mübarizəsi və qələbəsi bizim mübarizəmiz və qələbəmizdir. Biz əhalinin qalan hissəsilə birlikdə Azərbaycan ətrafında bir yumruq kimi birləşirmişik. Bu ölkənin Albert Aqarunov kimi yəhudi şəhidləri, Milli qəhrəmanları var. Albert Aqarunov 1992-ci ildə Azərbaycanın tarixi şəhəri Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub. Onun dəfn mərasimində molla ilə ravvin eyni anda dua edib. O, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb və Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub. 2019-cu ildə isə Bakıda Aqarunovun adını daşıyan küçədə onun abidəsi ucaldılıb. Biz Azərbaycan vətəndaşıyıq. Harada olduğumuzu unutmuruq və bu, bizim qürurumuzdur! (Fransız dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar