Xəbər lenti

 

Azərbaycan və Ermənistan arasında 2020-ci ildə baş vermiş müharibədən sonra İran beynəlxalq ticarət və nəqliyyat əlaqələrinin Avrasiyada regional gücü müəyyənləşdirən amil kimi rolunu anlayıb. Azərbaycanın qələbəsi və Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşması bu ölkəni müharibə qəniməti kimi “Zəngəzur dəhlizi”ni almağa sövq edib. Bu dəhliz Azərbaycanı Ermənistanın cənubundan keçərək coğrafi cəhətdən ayrı düşmüş Naxçıvan Muxtar Respublikası ilə birləşdirir”.

 

Ovqat.com-un məlumaıtna görə, İranın “Entekhab” nəşri bu barədə yazıb.


“Karneqi” İnstitutunun əməkdaşı Ağahüseynin düşüncələrini işıqlandıran məqalədə bildirilir:

 

“Sözügedən dəhliz əgər gerçəkləşərsə, Naxçıvana çatmaq üçün İranın yerüstü tranzitindən asılılığını aradan qaldırmaqla Tehranın Bakıya təzyiq rıçaqını neytrallaşdıracaq. O, həm də Azərbaycanı ilk dəfə olaraq Naxçıvan-Türkiyə sərhədindən birbaşa müttəfiqi Türkiyə ilə quru yolu ilə birləşdirəcək.

 

Tehran bu addımı Azərbaycanın anti-İran siyasət yeridəcəyi halda Türkiyənin, hətta İsrailin dəstəyini almaq cəhdi kimi şərh edir. Onlardan biri Zəngəzur dəhlizinin altında və ya ona paralel olaraq İran-Ermənistan sərhədinin bağlanması ola bilər. 

 

İranın Azərbaycanı Zəngəzur dəhlizinə dair təhdid qavrayışlarını ciddi qəbul etməyə məcbur etmək taktikalarından biri də Bakıdan yan keçən Avrasiyaya alternativ marşrut yaratmaqla Azərbaycanın kommunikasiya sahəsindəki izlərinə qarşı çıxmaqdır. Bu, Fars Körfəzi-Qara Dəniz Beynəlxalq Nəqliyyat Dəhlizidir (İTC) ki, İranın Fars körfəzi limanlarından Ermənistan vasitəsilə Gürcüstana, oradan isə Qara dənizdən keçərək Bolqarıstana və qurudan Yunanıstana Avropaya çatır. Hazırda Qərbin Rusiyanı Ukraynaya təcavüzünə görə cəzalandırmaq cəhdi İTC-nin həyat qabiliyyəti və perspektivləri üçün faydalı ola bilər”.

 




Ana səhifəyə qayıt        Baxış: 5 919          Tarix: 2-08-2022, 15:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma