Xəbər lenti

 

Türkiyə-İsrail xəttində gərginlik durmadan artır. Bilindiyi kimi, İsrailin Qüdsdəki əl-Əqsa məscidinin girişinə metalaxtrama makinası qoymaq qərarını bərk tənqid edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Tel-əvivdən ilk cavab ölkənin XİN-dən gəlmişdi. Nazirlik sözçücülərindən Emmanuel Nahşon Türkiyəni “şüşədən saraya” bənzətmiş və bu sarayda oturanları başqa qapılara daş atmamağa çağırmışdı. Bununla da o, Türkiyəyə etnik problemləri olduğunu xatırlatmışdı.

Eyni xarakterli ikinci açıqlama isə İsrailin Baş nazirindən gəlib.

Ovqat.com xəbər verir ki, Benyamin Netanyahunun ofisi tərəfindən yayılan açıqlamada Türkiyənin kürd problemi açıq şəkildə dilə gətirilərək deyilib:

 "Ərdoğanın Şimali Kipr sakinlərinə və kürdlərə nə söyləyəcəyi maraqlıdır. Ərdoğan İsrailə öyüd verə biləcək ən son adamdır”.




Ana səhifəyə qayıt        Baxış: 1 360          Tarix: 26-07-2017, 12:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma