Xəbər lenti


“Qarabağın blokadası Qərblə danışıqlar paketinin bir hissəsidir. Məqsəd Qarabağ ermənilərini reinteqrasiya yolunu tutmağa məcbur etməkdir, lakin heç kim belə müqavimət gözləmirdi”.

 

Ovqat.com xəbər verir ki, Ermənistanın Hollandiyadakı keçmiş səfiri Dzyunik Ağacanyan sentyabrın 14-də keçirdiyi mətbuat konfransında belə deyib.

 

Onun fikrincə, 8-9 ay davam edən blokada Qarabağ ermənilərini inteqrasiyanı qəbul etməyə məcburiyyəti ilə üz-üzə qoymaq idi. Bununla belə, diplomat hesab edir ki, heç bir nəticənin hasil olmaması, ermənilərin “soyqırımı təhlükəsi” və ABŞ-da yaxınlaşan seçki prosesləri vəziyyəti dəyişə bilər.

 

“ABŞ-da yaxınlaşan seçki prosesləri ilə dünyada vəziyyət dəyişməyə başlayacaq. ABŞ-ın seçki sistemindəki mövcud incəliklərə görə, cari ilin noyabrından başlayaraq indiki administrasiya hücuma məruz qalacaq. Ona görə də hakim qüvvə uğur nümayiş etdirməli olacaq”, - Ağacanyan hesab edir. Onun sözlərinə görə, əsas məsələ Rusiya-Ukrayna cəbhəsində uğurun təmin edilməsi və ya ən azı ilin sonuna qədər atəşkəsə nail olunmasıdır.

 

Ağacanyanın qənaətlərinə görə, əgər Qərb Ukrayna istiqamətində uğur qazana bilməsə, dəhlizin açılması üçün qəti addım atacaq, əks halda indiki administrasiya “soyqırıma aparan fəaliyyətsizlik”də ittiham olunacaq. "Özlərini xilas etmək üçün Azərbaycanı dəhliz açmağa məcbur edəcəklər, lakin bu, vaxt aparacaq", - Ağacan deyib və əlavə edib ki, Qarabağ ermənilərinin hələ 1 il təslim olmaması vacibdir.

 




Ana səhifəyə qayıt        Baxış: 6 023          Tarix: 15-09-2023, 06:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma