Xəbər lenti
27-11-2024, 19:25


“15 oktyabrda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Xankəndidə Azərbaycanın dövlət bayrağını ucaltması ilə Azərbaycan 200 illik məğlubiyyətlər seriyasını  bitirdi”.

 

Ovqat.com-un məlumatına görə, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev saytımıza açıqlamasında bildirib.

 

Partiya sədri xatırladıb ki, Rusiya imperiyası Azərbaycanın işğalını rəsmiləşdirən  “Türkmənçay müqaviləsindən” sonra mərhələli şəkildə azərbaycanlıların torpaqlarını alıb ermənilərə verdi, Qarabağ bölgəsinə ermənilərin köçürülməsi ilə yerli azərbaycanlılara qarşı məcburi köçürmə və soyqırım siyasətinin əsasını qoydu: “Sovet hakimiyyəti qurulandan sonra da bu siyasətin məntiqi nəticəsi olaraq “Qarabağ Muxtar Vilayəti” yaradıldı,bir çox ərazilərimiz ermənilərə verildi”.

 

Onun fikrincə, 2020-ci il  44  günlük Vətən   müharibədəki qələbəmizə qədər Azərbaycanın torpaqlarının ermənilər tərəfindən ələ keçirilməsi prosesi davam edib, 200 ilə yaxın müddətdə məğlubiyyətlər seriyası bizi müşayiət edib: “Bu dövr ərzində xalqımızın qayəsi ən müxtəlif formalarda ərazilərimizi işğaldan azad etmək, ərazi bütövlüyümüzə nail olmaq idi. 2020-ci il  44  günlük Vətən  müharibəsi   və 2023-cü ilin sentyabrında anti-terror tədbirləri bu Milli Arzunu gerçəyə çevirdi.

 

15 oktyabrda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Xankəndidə Azərbaycanın dövlət bayrağını ucaltması ilə Azərbaycan 200 illik məğlubiyyətlər seriyasını  bitirərək bir dönəmi ləyaqətlə qapatdı. Uzun üzücü tarixi proses tam və qəti qələbə ilə yekunlaşdı.

 

Azərbaycanın son 200 ildə qazandığı ən  möhtəşəm   qələbəsinə görə minnətdar olduğumuz    Azərbaycan xalqı əsrin ən inadkar və azadliqsevər xalqı, qazilərimiz, əsgər və zabitlərimiz  əsrin ən fədakar ,qəhrəman əsgəri, şəhadəti ilə vətənləşmiş,əbədi yaşarlıq qazanmış şəhidlərimiz and yerimiz, Ali Baş Komandan İlham Əliyev  Türk dünyasının qürur duyduğu ,tarixə qızıl hərflərlə həkk olunan,Azərbaycan xalqının  ürəyində abidəsi ucalan sərkərdə,dövlət başçısı kimi tarixdə qalacaqdır.  

 

Xalqımla, ordumla , şəhidlərimiz və qazilərimizlə, Ali Baş Komandanımla fəxr edirəm. Azərbaycanda və dünyanın müxtəlif coğrafiyalarında yaşayan bütün soydaşlarımı bu böyük qələbə münasibətilə təbrik edirəm!”.

 




Ana səhifəyə qayıt        Baxış: 4 043          Tarix: 17-10-2023, 10:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma