"Geridə buraxdığımız illər ərzində ABŞ Mərkəzi Komandanlığına sızıb nələr etdikləri, haraları izləyib haraları vurduqlarıyla yanaşı, terror təşkilatı İŞİD-i necə dəstəklədiklərini də görürdük. ABŞ-ın Suriya və İraqdakı fəaliyyətlərini ifşa edəcəyik”.
Ovqat.com xəbər verir ki, bu iddialı və təhdid dolu fikirləri İran İnqilab Keşikçiləri qvardiyasının Hava-Kosmik Qüvvələr korpusunun komandiri general-mayor Əmirəli Hacızadə mətbuata açıqlamasında deyib.
Hacızadə, həmçinin, İran İnqilab Keşikçilərinin sahib olduğu bütün qabiliyyətlərinin mətbuata çıxarılmadığını, ancaq bunun Amerika və İsrail qüvvələri tərəfindən yaxşı bilindiyini də iddia edib: "İnqilab Keşikçiləri bölgənin bir nömrəli gücü olduğuna görə düşmənlər bizimlə zarafat edə bilməyəcəklərini çox yaxşı başa düşürlər. Dünyanın bir çox ordusu terrorçularla mübarizə üçün bölgəyə sövq edilib, ancaq heç biri uğur qazana bilmədi".
Paylaş: