Xəbər lenti

 Küveyt öz vətəndaşlarını dərhal Livanı tərk etməyə çağırıb.

Axar.az xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyi bu addımı Livandakı vəziyyətlə əlaqədar atılan ehtiyat tədbiri adlandırıb.

Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanı öz vətəndaşlarını Livanı tərk etməyə çağırmışdı.

Livanın Baş naziri Səid Həriri İranın ona qarşı sui-qəsd hazırlamasını səbəb göstərərək, Səudiyyə Ərəbistanında istefa qərarını açıqlamışdı. Livan mətbuatı isə Həririnin Səudiyyə Ərəbistanında hökumət üzvləri tərəfindən girov götürüldüyünü yazmışdı.




Ana səhifəyə qayıt        Baxış: 811          Tarix: 10-11-2017, 10:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma