Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuşdur. Gəncə ruhani seminariyasında, Azərbaycan ali pedaqoji institutunun tarix və filologiya fakültəsində təhsil almışdır.
Quba Xalq Maarif şöbəsinin müdiri ), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri , Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor , "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri işləmişdir.
Şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə "Qoşma" adlı ilk kitabı çapdan çıxmışdır. 1919-cu ildə isə "Dalğa" adlı kitabı nəşr olunmuşdur. Onun məşhur "İstiqlal uğrunda şeirlər" kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır.
Paylaş: