Xəbər lenti

 

İraqda son günlərini yaşayan İŞİD mənsubları yeni hərbi taktika kəşf ediblər. Taktikanın ssenarisi olduqca sadədir-saqqalı təraş etmək və başqa hərbi qüvvələrin uniformasını geyinib düşmənə maksimum yaxınlaşandan sonra özünü partlatmaq.

Oqvat.com xəbər verir ki, İŞİD beyninin son məhsulu olan bu taktikadan dünən Kərkük yaxınlığında istifadə olunub. Şəhərin cənub-qərbində yerləşən Keyvan hərbi bazasına hücumda bu metoddan faydalanan xilafətçilər düşməndən çox özlərinə zərər vurublar.

 Bərzaniyə bağlı informasiya kanalı “Rûdaw”a açıqlama verən peşmərgə gücləri komandiri Hiva Abdullah hadisəni belə təsvir edib: "Hücum dünən gecə yarısı reallaşdı. Görülən tədbirlər nəticəsində 3 İŞİD mənsubu təsirsiz hala gətirildi. Əvvəl 2 canlı bomba özünü məhv partladı, sonra digər terrorçular hücuma keçdilər".

Hiva Abdullah hadisəyə tam aydınlıq gətirməsə də, onun dediklərindən belə aydın olur ki, hücumda iştirak edən digər İŞİD-çilər aradan çıxmağı bacarıblar.

 

Bildirildiyinə görə, Keyvan Hərbi hərbi bazası yaxınlığındakı kəndlərdə əsasən ərəblər yaşayır. Hücumu təşkil edənlərin də məhz həmin kəndlərin İŞİD-ə heyranlıq duyan sakinləri olduqları sanılır.

İraqdakı ən böyük hərbi bazalardan biri olan Keyvan 2014-cü ildə İŞİD tərəfindən ələ keçirilmişdi. Mosulun işğalından sonra başlayan hücum zamanı hərbi bazada 12 min İraq əsgərinin olduğu bildirilirdi. Kiçik bir İŞİD-çi qrup qarşısında vuruşmaqdansa, dabana tüpürüb qaçmağa üstünlük verən İraq əsgərlərinin bu bacarıqsızlığı dünya hərb tarixinə ən utancverici məğlubiyyət kimi düşmüşdü. İraq əsgərlərinin geridə buraxdıqları silah və partlayıcılar isə indiyə qədər İŞİD-in əsas cəbbəxanasını təşkil edirdi.  

Hərbi baza daha sonra kürd silahlıları-peşmərgələr tərəfindən qurtarıldı və kazarmalara onlarla yanaşı ABŞ əsgərləri də yerləşdirildi. Dünənki İŞİD hücumunun da məhz ABŞ əsgərlərinə zərbə vurmaq üçün həyata keçirildiyi təxmin olunur.




Ana səhifəyə qayıt        Baxış: 1 555          Tarix: 7-05-2017, 14:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma