Xəbər lenti
 
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev prezident seçkilərinin ilkin nəticələrinə münasibətini açıqlayıb.
BAXCP sədrinin açıqlamasında deyilir: 
“Prezident seçkiləri ilə bağlı keçirilən "exit-poll"arın nəticələrindən və Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrdən bəlli olur ki, İlham Əliyev növbədənkənar prezident seçkilərində qalib gəlib.
İlham Əliyevi təbrik edirəm, ölkəmizdə yaşanan problemlərin həllində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında ona uğurlar arzulayıram.Ümid etmək istərdim ki, İlham Əliyev və onun komandası digər namizədlərin seçki marafonu zamanı ölkədəki problemlərin həllinə dair səsləndirdikləri təklifləri diqqətlə araşdıracaq və həmin təkliflərdən faydalanacaqlar”.
Moderator.az



Ana səhifəyə qayıt        Baxış: 1 061          Tarix: 12-04-2018, 06:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma