Təsadüfi deyil ki, Xankəndində məişət zəminində baş verən insidentin böyüyərək kütləvi hal almasından sonra separatçı rejimin xüsusi xidmət orqanları Bako Saakyana qarşı silahlı qiyama hazırlaşır.
Ermənistandakı vəziyyəti AzVision.az-a şərh edən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, baş verənlər Sarkisyan tərəfdarlarından hakimiyyətdən təmizlənmə prosesinin tərkib hissəsidir.
“İşğal olunmuş Azərbaycan torpaqlarında Ermənistan tərəfindən təyin olunan “administrasiya” mövcuddur. Dəfələrlə demişik ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını özünə anneksiya etmək istəyir. Onların siyasi, maliyyə, iqtisadi, təhlükəsizlik, hərbi sistemi birləşmiş şəkildə fəaliyyət göstərir. İrəvanda hakimiyyət dəyişib. Amma aşağı səviyyələrdə qalan Sarkisyan tərəfdarları da təmizlənməlidir. Yəni bu adamların yerinə Paşinyanın tərəfdarları gəlməlidir. Baş verən hadisələr də bununla bağlıdır”, - deyə sabiq XİN rəhbəri bildirib.
T.Zülfüqarovun fikrincə, Ermənistanda baş verənlər bu ölkədə siyasi böhranın mövcudluğunu və davam etdiyini göstərir: “Ermənistandakı siyasi böhranı yaradan iqtisadi böhran, sosial problemlərdir. Hansı ki, bunun əsasında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti dayanır. Bu silsiləli şəkildə olan elementlərdir ki, sonda buna gətirib çıxarıb. Həmişə deyirdik ki, Ermənistanda iqtisadi böhran var. Bəziləri buna inanmırdı. İndi iqtisadi böhran ona gətirib çıxarıb ki, Ermənistan əhalisi ciddi şəkildə azalır. Bu gün işğal olunmuş torpaqlarla birlikdə Ermənistanda 1.5 milyona yaxın əhali var.
Ümumilikdə, siyasi sistem böhran içərisindədir. Belə bir vəziyyətdə danışıqların baş verməsini gözləmək düzgün olmaz. Çünki orada siyasi qüvvələr bir-birilə toqquşmadadır. İctimaiyyət qarşısında özlərini daha populist, radikal, millətçi kimi göstərməyə çalışırlar. Müsbət cəhət ondan ibarətdir ki, onların idarəçilik sistemi zəifləyir. Bu, gec və ya tez Azərbaycanın xeyrinə olan situasiyanı yaradacaq”, - deyə T.Zülfüqarov vurğulayıb.
Sabiq XİN rəhbəti qeyd edib ki, Ermənistandakı böhranın səbəbləri aradan qaldırılmayana qədər heç nə dəyişməyəcək: “Ermənistanda iqtisadi böhranı yaradan və onu siyasi böhrana çevirən səbəblər bəllidir. Yəni, siyasi böhran digər böhranların nəticəsidir. Bu gün Ermənistan əhalisi ölkədən qaçır. Yerdə qalan hissə isə Rusiyadan gələn pullar hesabına yaşayır. Ölkədə iqtisadiyyat yoxdur. Ölkə heç nə ixrac etmirsə, haradan gəlir əldə edəcək? Bir-birinin paltarını tikməklə və ya başını qırxmaqla? Bununla iqtisadiyyat qurulmur. Ona görə böhranın tendensiyasi güclənməkədir”.
Elvin Abdulqədirov
AzVision.az
Xəbər lenti
Bu gün, 19:23
Bu gün, 18:30
Bu gün, 17:45
Bu gün, 16:14
Bu gün, 14:30
Bu gün, 11:47
Dünən, 23:00
Dünən, 16:41
Dünən, 14:19
Dünən, 12:48
Ermənistanda hakimiyyət dəyişikliyi baş versə də, ölkədə dərin siyasi böhran hökm sürür. Artıq siyasi hərc-mərclik işğal olunmuş Azərbaycan torpaqlarına da sıçrayıb. Belə ki, həmin ərazilərin “idarəçiliyi” ilə məşğul olan, Ermənistanın sabiq baş naziri Serj Sarkisyanın yaxın adamı Bako Saakyanın başının üzərini “qara buludlar” alıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar