Xəbər lenti

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

“Report” xəbər verir ki, fərmanla Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə təsdiq edilib.

Bundan başqa, Naxçıvan Mədəniyyət Nazirliyinin strukturu da təsdiqlənib.

Naxçıvan Mədəniyyət Nazirliyinin işçilərinin say həddi 47 ştat vahidi olmaqla, Nazirliyin Aparatı üzrə 24 ştat vahidi, rayon (şəhər) mədəniyyət şöbələri üzrə 23 ştat vahidi müəyyən edilib.




Ana səhifəyə qayıt        Baxış: 770          Tarix: 19-07-2018, 18:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma