Xəbər lenti

Bir az ümid ver

Mənə bir az ümid ver.
Gedim səni unudum.
Tikim,qurum evimi,
Duman,çəni unudum.

Payızdı buralarda,
Nəm çəkir divarlar da.
Bu bomboş yuvalardan,
Yuyum qəmi unudum..

Oxuyum bəxti geri,
Silim alnından təri.
Mat qoyum görənləri
Zili,bəmi unudum.

Yenə həmin yerdəyəm,
Təkdə deyil,birdəyəm.
Yağış tutan,qar döyən,
O döngəni unudum.

Yenə küsüb barışdıq..
Yenə ağlım qarışdı...
Bu köhnə uman yerim,
Bu yeni aldanışdı..
Gedim...
gedim SƏNİ unudum!

Gör nədir ?

Xətrin elə əzizdi..
Xətrinə ölə billəm.!
Ürəyimə tuşlanır
Tətikdəki son güllə...

Qaçmağa bir yerim yox
Tutmağa da əl..Allah!
Nə sevib oxşamağa
Ağlamağa bir günah...

Tutduğu yerdən kəsir,
Bu elə ovçudu ki..
Mən baxmağa qorxuram,..
Gör nədir ovcumdakı....

Getsən....
Getsən nə dəyişəcək,
Qalıb neyləyəcəksən..
Ölüm əlac ki, deyil
Ölüb neyləyəcəksən..

Su vur üzünə,oyan,
Qoy günün aydın olsun.
Darıxmışam səninçün
Gözlərin aydın olsun!

Yenə dərd çəkir gözün,
Əl işin nə gözəldi!..
Qorxduğun ayrılığın,
Ömrü bura qədərdi..

Ağ yelənli buludlar,
Göylərin deyiklisi..
Çaldı apardı külək,
Oxudu ..Qu nəğməsi..

Götür çiyninə gedək,
Bu qəm yetim qalmasın.
Yoluna çıxan heç kəs,
Fikrini çaşdırmasın...

Uzaqların sevgisi

...Getsən demirəm ölləm,
Qalsan özünü dəyiş..
Məndən nigaran qalma,
Dünya genişdi,dərdiş...

Əlimdən sürüşən payız
Ömrümü girov götürür..
A saçları bəyaz anam,
Saçımı qırov götürür..

Çöldə çölümüz dəyişir ,
Bağda gülümüz dəyişir..
Sağımız,solumüz dəyişir
İçimi alov götürür...

Dənə-dənə üzülürük,
Torpaq üstə düzülürük.
Köhnəlirik...süzülürük.,
Cismimiz yamaq götürür..

Ağ çalmalı mələk gəlir,
Bir ayağı yüyrək gəlir..
O qapıdan külək gəlir
Bu qapı soyuq götürür..

Candı də..
şirindi şirin,
Yarası dərindi,dərin..
Sən də gedənlərdən biri..
Çiynimiz yolu götürür...

Uzakların sevgisi..

Səninçün narahatam,
A məndən rahat olan...
Dünyamın qarışan vaxtı

.. Sən gəldin dünyamın qarışan vaxtl
Gözləyib getmişdi arzularım da.
Nə bir işıq vardı tutub getməyə
Nə bir kölgə yoxdu daldalanmağa.

Eləcə günəş ta yandırıb yaxdı
Qəfildən Ay düşüb əlimi sıxdı.
Havalar da birdən soyudu onda
Uşaqlar elə tez böyüdü onda..

Gəlişi gözəldi,nə olsun dərddi
Nə olsun qadadı,qada alan yox.
Sağımda dəli bir inam var idi
Solimda sən vardın,görən bilən yox..

Açarı itmiş bir qapı kimiydim
Suları bulanmış çay idim Allah
Cismi didik-didik şəhid misalı
Ruhu ucalara tay idim Allah

Sonra ta sən gəldin,qarışdı aləm
O yanda Leylaya faş oldu naləm..
Bu yanda Şirini qınaq etdilər
Hə bir də Allaha bəlliydi halım..

Sonra da sonra da..eh daha heç nə
Nə gördü gözlərim nə gördü..saxta
Nə bir iz qalmışdı çıxıb getməyə
Nə də qayıtmağa bir yol yox idi




Ana səhifəyə qayıt        Baxış: 475          Tarix: 20-11-2018, 19:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma