Xəbər lenti

 

  ADİLƏ NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

Azərbaycanda qardaş türk xalqları ədəbiyyatları ilə yanaşı türkmən (İraq türkmənlərindən söhbət gedir – Ovqat.com) ədəbiyyatı da tədris və təbliğ edilir. Buna baxmayaraq, hələ də əlimizdə kifa­yət qədər elmi və bədii ədə­biy­yat yoxdur. Bu da təd­ris­də, eləcə də tədqiqat və təbliğat işlərində bəzi prob­lemlər ya­radır. Son  illərdə klassik türkmən ədəbiyyatının bir sıra gör­kəmli nümayəndələrinin əsərləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olun­muş­dur, ancaq bunlar qardaş xalqımız və ölkələrimiz arasında get­dik­cə artan mədəni-ədəbi əlaqələrin fonunda olduqca azdır. Ona görə də mümkün qədər  klassik və müasir dövrü əhatə edən türkmən ədəbiyyatını, o cümlədən türkmən şeirini ana dilimizə tərcümə və nəşr işlərini davam etdirmək lazımdır. Müasir Türkmən ədəbiyyatında elə simalar var ki, onların əsərlərini tərcümə etməyə gərək duyulmur, sadəcə uyğunlaşdırmaq yetərli olur. Daha yaxşı olar ki, mümkün qədər ortaq türkcəmizin formalaşmasına qatqı məqsədilə bu kimi əsərləri olduğu kimi tədqim edək.  

Türkmən Yazarlar Birliyinin sədri, şair Əsəd Ərbil Azərbaycanda kifayət qədər tanınmış simalardandır. O, türk olmanın haqlı qürurunu yaşayanlardandır və bunu şeirlərində (türkülərində) fəxrlə ifadə edir:

Huyum güzel, Türküm işte,

Vatan için kurban baş ta..

Türk oğluyum, bu genç yaşta..

 

  Darlıkta da düşmez yüküm,

  Ben bir Türküm, ben bir Türküm.

 

Dokuz ışık ilkem benim,

Türkmeneli canım tenim,

Bozkurtlarla birdir kanım...

  Darlıkta da düşmez yüküm,  

  Ben bir Türküm, ben bir Türküm.

 

Ben Erbil'den geldim size,

Dert bir iken çıktı yüze,

Siz ey Türkler, çare  bize...

 

  Darlıkta da düşmez yüküm,          

  Ben bir Türküm, ben bir Türküm.

 

        Əsəd Ərbilin vətən, millət mövzulu şeirlərində ritorik suallar yoxdur, onun şeirlərində iddialı nidalar və son fikir olaraq nöqtə var. Çünki, şair yazdıqları ilə zamanı tam yaxaladığına inanır.

Azerbaycan, hem Türkiye, canımsız,

Bir bedende, sağım solum, yanımsız,

Soyumuz bir, vellah-billah, kanımsız,

Sizde menim kan kardeşim, Türk kardeş.

 

..Karabağı, Derbendi'de, al geri,

Sen ey aslan, soylu menim hemşeri,

Azerbaycan, gönlümüzün, tek yarı,

Sizde menim kan kardeşim,Türk kardeş.

 

            

Qədim türklər siyasi, iqtisadi şərtlər əsasında daim coğrafi ərazilərini dəyişmək məcburiyyətində qalmışlar. Hər köç etdiklərində də saldıqları yurdu tərk etmənin duyğusunu yaşayıb yazmışlar. Türklər ta qədimdən ataları qəbul etdikləri Oğuz Kağanın eşqinə başları üzərindəki günəşi bayraq, göyü çadır bilərək hər yeri vətən edəbiləcəklərinə inanmışlar. Bu səbəbdən dünya türk tarixində hələ qədim zamanlardan, ilk yazılı tariximiz Orhun Abidələrində belə vətən, yurd mövzusu işlənmişdir.

        Şair Əsəd Ərbil də müsahibələrinin birindəTürkiyə biz türkmənlər üçün çox böyük və qüdrətli dövlətdir.” - deyərək, “Bilin ki, tarix boyu öz əslimizə – Azərbaycan xalqına bağlı olmuşuq” deyə fikrini tamamlayır.

 Şeirlərində ata yurdum deyə bəhs etdiyi ölkə Azərbaycandır. Azərbaycana olan sevgisi, çox zaman ideologiya ilə əlaqəli olsa da bəzən romantikaya, lirikaya da çevrilir.

Bayrağında vardır yeşil kırmızı,

Hep bizleri toplar ayı yıldızı,

Gönül istiyecek arzular sizi,

Sevmeyenler ölsün Azerbaycanım.

 

Haydi, Turancılar iller bizimdir,

Karabağ Erbil'de hepsi gözümdür,

Birleşme uğruna kesin sözümdür,

Kırgınlığı silsin Azerbaycanım.

 

Əsəd Ərbil bir sıra türk siyasi liderlərinə şeirlər həsr etmişdir. Bir şeirində türkçülüyün əsaslarını yaradan türk dünyasının iki bilgə liderini – Mustafa Kamal Atatürklə türk Milliyətçiliyinin qurucusu Başbuğ Alparslan Türkeşin  parlaq obrazını yaratmışdır. O obrazlar ki, hər ikisi məşhur türk əsgəri və döv­lət xadimi, öz millətçi ruhu ilə ad, mərdliyi ilə əfsanəvi şöhrət qa­zanmış tarixi şəxsiyyətlərdir, söhbətlərdə, şeirlərdə, romanlarda, məktublarda, tədqiqat əsərlərində dünya türklərinin qələmlərinə misra-misra düşmüşlər.

Derin bakışınla düşmanı ezdin,

Dünya tarihine destanın yazdın,

Bütün gönüllere adını kazdın,

Hep severiz sizi, Başbuğ, Atatürk.

 

İlkelerin yazdık gönülde, gözde,

Mücadele ettik işte, hem sözde,

Turan kurbanları oluruz biz de,

Hep severiz sizi, Başbuğ, Atatürk.

 

Bir insana bəslənən duyğular onun haqqında olan düşüncələrdən irəli gəlir. Yəni əvvəl düşüncə yaranır, sonya duyğu. Bu anlamda Əsəd Ərbilin şeirlərində onun nə qədər millətçi olduğunu anlayırıq, iç nidalarını duyuruq. Burda müəllifin yaratdığı obrazlara vurğunluğu, məftunluğu hiss olunur.

Yuxarıda bəhs etdiyimiz qədim tarixlərdə Orhun Abidələrində işlənmiş vətən mövzusuna bu gün XXI əsrdə Əsəd bəy yenidən və fərqli müraciət edir. Bir sevgi şeirində deyir:

Evlenme törenimiz...

Maşallar altında

Resmi kebinimiz

Kıyılır

Bazen  O, Sümer Tablolarında

Adlandıran

Aşk mabedhaneleri gibi

Orhun yazıları ile

Civi hatlarında

Türkmen dilimizle

Yazılan şiirlerde

Aşk Destanımız

Yazılır sevgilim... 

 

Ümumiyyətlə, şeir ruh halı olduğu üçün şeirlərdə “sevgilinin yanı” dünyanın tamamilə xaricində, sanki “Allahın yanı” olaraq görülür. Bu da şərq ədəbiyyatında sevginin ülviliyinə, Eşqin aliliyinə bağlanır. Şeirdə sevgiliyə qovuşmaq vətənə qovuşmaqdır, Allaha qovuşmaqdır –  yəni səadəti ümumi anlamda tapmaqdır.

Əsəd Ərbil öz yaradıcılığında klassik Şərq şeir növü olan qəzəl janrına da müraciət etmiş və uğurlu poeziya nömunələri yaratmışdır.

Naz eyleme ne olur aklım gönlümü aldın

Yüz güzel tuzak kursa kalp onlara takılmaz.

 

Saç uzun yere değer, zülfün kalbımı  yoklar

Sevda sarayın bende hiç kimseyle yıkılmaz.

 

          ... Esat, etme şikayet başına bela açma,

 Sen sevdin sen beğendin bu sevdadan bıkılmaz.

 

Şeir zamanın insan psixologiyasında yaratdığı duyğuların çəkisindən, müşahidə qabiliyyətinin zənginliyin gücündən yaranır, sehrli bir aləmə dəvət edir oxucunu. Əsəd Ərbil də özündən əvvəl var olanları görüb, qəlbinin süzgəcindən keçirib, öz fərqliliyini ortaya qoyur.

Əsəd Ərbilin şeirləri də həm süjet xətti, həm də sə­nətkarlıq baxı­mın­­­­dan çox mü­kəmməl və gözəl ifadələrlə zəngindir.

Əslində şair heç bir dövrdə nə özü, nə də müasirləri tərəfindən tam olaraq dəyərləndirilə bilməyib. Dəyərləndirmələr, tədqiq edilmələr gələcəyə aiddir. Mən isə Əsəd Ərbilin yaradıcılığını Azərbaycan oxucularına az da olsa təqdim etməyə çalışdım.




Ana səhifəyə qayıt        Baxış: 679          Tarix: 18-12-2018, 13:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma