Xəbər lenti

 

“Ruslan Əmirlinin yoxa çıxmasında dolayısı ilə əlim var. Bəs o bilmirdi ki, mənə toxunanda, insanların ana-bacısın söyəndə bunun cavabı olacaq?”.

Bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yoxa çıxan mühafizəçisi Ruslan Əmirli ilə bağlı Criminal.az saytının sualına cavab olaraq Milli Fədailərin rəhbəri Fuad Muradov deyib. 

Onun sözlərinə görə, R.Əmirlini Milli Fədailər aparıbsa, az sonra səsi çıxacaq: 

"Demək nəsə var ki, yoxa çıxıb də. Kimsənin haqqına girəndə, kiminsə arxasınca danışanda və həmin adamların ətrafında olan insanlara lazımsız söz-söhbət aparanda bunun nəticəsi necə olmalı idi? AXCP nə cür susmalıdır? Söyüşün biri bir qəpikdən, bacı qalmayıb, namus qalmayıb, bəs bunlar necə susmalıdır? 

Ruslan Əmirli ətrafımda olan insanlara artıq-əskik söhbətlər aparıb. Bizə əli silahlı dəstə deyir. Bu vaxta qədər sənin başına tapança dirəyən olub? Sən kimsən ki, ətrafımdakı insanlarda mənim haqda fikir formalaşdırasan. Ruslan gedibsə demək nəsə səbəb var". 

Xatırladaq ki, AXCP sədri Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirli yoxa çıxıb. R.Əmirlini Milli Onkologiya Mərkəzinin qarşısından tutaraq naməlum istiqamətə aparıblar. \\Yeni Sabah




Ana səhifəyə qayıt        Baxış: 511          Tarix: 10-09-2019, 19:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma