Xəbər lenti
12-12-2019, 20:59
12-12-2019, 10:41

 

Gəncənin "Bayraq Meydanı" uzun müddətdir ki, bayraqsız qalıb. 18 oktyabr - "Müstəqillik Günü"ndə də ölkənin ikinci böyük şəhərində belə bir durumun yaşanması şəhər sakinləri tərəfindən heç də xoş qarşılanmayıb.

Ovqat.com bildirir ki, "Demokratik.Az"-ın məlumatına görə, bayrağın xeyli müddətdir dalğalanmamasının səbəbi ötən ay hündürlüyü 100 metrə çatan bayraq dirəyindəki qaldırıcı trosun qırılmasıdır. Son günlər nasaz durumun aradan qaldırılması istiqamətində ciddi işlər gedir. Şəhər rəhbərliyinin göstərişilə Bakıdan Gəncəyə müvafiq texnika və mütəxəssislər dəvət olunub. Tezliklə, problemin aradan qaldırılacağı deyilir. Digər mühüm məqam isə ondan ibarətdir ki, "Bayraq Meydanı"nın nasaz durumda olması səbəbindən şəhərin aktivləri "müstəqillik günü"nü qeyd etməyiblər. İcra başçısı Niyazi Bayramovun isə hazırda Bakıda olduğu bildirilir. Xatırladaq ki, Gəncə çayının sağ sahilində yerləşən Azərbaycan Dövlət Bayrağı Meydanının təməli 2011-ci ildə qoyulub və açılış mərasimi 2012-ci ilin yanvar ayının 21-də Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin və sabiq icra başçısı Elmar Vəliyevin iştirakı ilə baş tutub. Bayraq öz hündürlüyünə görə, regionda liderliyini qoruyub saxlayır. Bundan əvvəl də, küləkli hava şəraitində Gəncə bayrağının bir neçə dəfə cırılması, bayrağın ara-sıra dalğalanması barədə xəbərlər yayılmışdı...

 




Ana səhifəyə qayıt        Baxış: 76          Tarix: 18-10-2019, 19:47      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent