Xəbər lenti

 

"Səfirliyin mühüm prioriteti Azərbaycan və ABŞ təhsil müəssisələrinin birgə işləməsi üçün yollar tapmaq və xalqlar arasındakı təmasları artırmaqdır".

"Report" xəbər verir ki, bunu ABŞ-ın Bakıdakı səfiri Örl Litzenberqer Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə sazişin imzalanma mərasimində deyib.

Onun sözlərinə görə, ikili proqram üzrə sazişin imzalanması bunun təzahürüdür: "Biz inanırıq ki, ingilis dilində ünsiyyət bacarığı gercək qlobal vətəndaş olmağın yollarından və açarlarından biridir. Buna görə də biz ingilis dilində tədrisin təkmilləşməsini bu ölkədə əsas məqsədlərimizdən biri hesab edirik".

Örl Litzenberqer bildirib ki, ADPU bu məqsədə çatmaq üçün ən layiqli tərəfdaşlardan biridir: "Əminik ki, ingilis dili mütəxəssislərimiz bu prosesə öz köməyini göstərə biləcək. Proqram çərçivəsində magistr hazırlığının aparılması da hamımız üçün mühüm hadisədir. Ölkələrimizin ən nüfuzlu universitetlərinin bu şəkildə öz güclərini birləşdirməsini görmək həqiqətən də həyəcanvericidir. İnsanlar daim Azərbaycanın təbii resurslarla, xüsusilə də neft və qazla zəngin olmasını dilə gətirirlər. Bu tədbir Azərbaycanın ən önəmli resursuna - insan resursuna sərmayənin qoyulmasının ən bariz nümunəsidir". 




Ana səhifəyə qayıt        Baxış: 1 946          Tarix: 31-01-2020, 11:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma