Xəbər lenti

BU KÖKSÜMÜN İCİNDƏ 
Bu dünyanın namərdini,
Görüb tapammır mərdini
Öz icində öz dərdini,
Boldu bir Vəl,i bir Vəli.

Yükü ,yükdü duz daşınnan,
Bir gun kecər öz başınnan,
Öz icindəgöz yaşınnan,
Göldü bir Vəli,bir Vəli.

Nə dünyadı bir gədə ki,
Onun önundə gedə ki,
Nə aglayıb, eh,nədə ki,
Güldü bir Vəli,bir Vəli.

Bir karvanın köcundəçə,
Mən boyda mən bicimdəçə,
Bu köksümun icindəçə,
Öldü bir Vəli,bir Vəli.


İNDİ ŞAİRLƏRİ GULLƏLƏMİRLƏR,
indi şairlərdə azıb yolunu,
Daha misralardan qan iyi gəlmir.
Tərifə,təltifə acıb qolunu,
İndi şairlər də gullədən ölmur
- İndi şairləri gullələmirlər...

Haqqa uz cevirib,haqqı demirlər,
İndi sairlər də əl calan olub.
Harama uz tutub,halal yemirlər,
Vəzifə önündə alcalan olub
- İndi şairləri gullələmirlər.....,

Yagının əlində qalan daglara
Yalandan-palandan tərif toxuyur.
Qaraya ag deyir,qara,aglara,
Daha nəfsidə yalan qoxuyur,
İndi şairləri gullələmirlər......

Bir qaşiq qanindan qorxan şairlər,
Sinəsində orden medal gəzdirir.
Bu təltif ölüsü xoxan şairlər
Daha bu milləti yaman bezdirir
- İndi şairləri gullələmirlər....
İndi şairləri gullələmirlər....

     -0-
Ahu- nalə ərşə cıxıb
Buludları gözün sıxıb,
Öz evini özü yıxıb,
Özü talanır dunyanın.
Əriməyib donasıdı,
Məhvərindən sinasıdı,
Bu gedişlə yanasıdı,
Odu qalanır dünyanın.
Məni qoyub dostlar qacdi,
Daha mənə mey yoldaşdi,
Dərviş Vəli gözü yaşdı.
Tənha dolanır dunyanı...
     -0-
Dəyişib hər şeyin yönü
Adamlarain səsi, ünü,
Dünyanin məhşər günü
Gəlir, ay Allah,ay allah.
Bu nə yurddu. Gör kim böLür.
Gör qədirini gör kim bilir,
Gör üstümə kimlər gülür,
Gülür ,ay Allah,ay allah.
Deməkdə olmur hər sözü.
Yaşamaqda olmur düzü.
Dərviş Vəli diri gözlü
Ölür, ay allah ,ay Allah.

      -0-
Bu yer Gunah icindədi,
Soruşma nə bicimdədi,
Karvani öz köcundədi,
Yigiş kedək Dərviş Vəli,
Yigiş gedek göy üzünə.
Dərd var nə mənnən addadi,
Yandirib yaxib oddadi,
Dur gedek bagrim catdadı,
Yıgış gedek,Dərviş Vəli.
Yigiş Gedek göy üzünə.
Kim nə yapır, kim nə qurur,
Fikir vermə itib qürür,
Göy üzündə qəbrin durur.
YIgış gədək Dərviş Vəli,
Yıgış gedek göy üzünəş......


          -0-
Haqlının yerinə haqsız dindisə,
Mərdin də taxtına namərd mindisə,
Adamın bir üzü daha mindisə,
Lənət, bu zamanın üzünə, lənət...
Hayıf bu zamanda yaşayanlara.
Yaxşılar içindən çürüyüb gedir,
Ömrünü birtəhər sürüyüb gedir,
Yalan ayaq açıb yeriyib gedir
Lənət, bu zamanın üzünə, lənət,
Hayıf bu zamanda yaşayanlara.
Bu gun öz zatını çoxu dandısa,
Özünü hamıdan haqlı sandısa,
Qurunun oduna yaşı yandısa,
Lənət, bu zamanın üzunə, lənət.
Hayıf bu zamanda yaşayanlara.
Dədə axtaranın dədəsi yoxsa,
Belə zamananın gədəsi çoxsa,
Əyrisi düzünün gozünə oxsa,
Lənət, bu zamananın üzünə, lənət,
Hayıf bu zamanda yaşayanlara.
Qananı, qanmazı əl çalandısa,
Bu qədər əl çalib alçalandısa,
Alçala-alçala ucalandısa,
Lənət bu dünyada yaşayanlara.
Hayıf bu dünyada yaşayanlara,
Hayıf, min hayıf belə yaşayanlara.

     -0-
Başımda eşqin havasi, 
Önümdə durur davasi,
Bu dünya şeytan yuvası,
Billəm yavaşca-yavaşca.
Dərd yukləyib qəm daşıdım,
Nə gün gördüm ,nə yaşadım,
Mənim ömrüm göz yaşıdı,
Silləm yavaşca-yavaşca,
Bu ömrün oglan cagında,
Yandı həsrət oçagında,
Gülüm bir gun qucagında
Ölləm yavaşca-yavaşca,




























































































































Ana səhifəyə qayıt        Baxış: 1 251          Tarix: 7-04-2020, 22:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma