Xəbər lenti

 
Hindistanda hindu din xadimi koronavirusun yayılmasına son qoymaq üçün 52 yaşlı Saroj Kumar Pradhan adlı möminin başını balta ilə kəsərək Tanrıya qurban verib».
 
Ovqat.com “Euronews”-a istinadən xəbər verir ki, Cuttack şəhərindəki Goddess Brahmani məbədinin 72 yaşlı kahini Sansari Ojha bu qətli gecə saatlarında həyata keçirib.
 
Şahidlərin bildirdiyinə görə, qurban məbəddə ilahənin qarşısında ibadət edərkən, kahin arxadan gəlib onun boynuna balta zərbələri endirərək başını bədənindən ayırıb.
 
Daha sonra Ojha polisə gedərək təslim olub.
 
Hindistan polisinin açıqlamasına görə,  kahin ifadəsində bu əmri Tanrıdan aldığını bildirib. Guya Tanrı onun yuxusuna girərək koronavirus epidemiyasına son qoymaq üçün bir insanın qurban kəsilməsini məsləhət bilib.
 
Araşdırma nəticəsində kahinin bir ay əvvəl qurbanla torpaq ərazisi üstündə mübahisə etdiyi müəyyənləşib.
 
 
Cinayəti törətdiyi zamanı hindistanlı kahinin sərxoş olduğu və marixuana çəkdiyi aydın olub.


Ana səhifəyə qayıt        Baxış: 2 778          Tarix: 7-06-2020, 08:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma