Xəbər lenti


Bu gün Musavat.com saytının canlı yayımda Facebook və Youtube platformalarında həyata keçirdiyi, aparıcı Nərgiz Liftiyevanın təqdimatında baş tutan "Müzakirə Masası” verilişində Tovuz döyüşlərinin iqtisadi üzü, Rusiyanın bölgədəki enerji maraqları, Tovuzdan keçən beynəlxalq layihələr, Azərbaycanın enerji bazarında tutduğu yer və bundan narahat olan dövlətlər, həmçinin Tovuz döyüşlərinin Ermənistana vurduğu iqtisadi zərbə və sair məsələlər müzakirə olunur.
Hazırda başlayan yayında sabiq maliyyə naziri Fikrət Yusifov iştirak edəcək.
Müzakirədə izləyicilərimiz də iştirak edə bilərlər.
Bunun üçün Musavat.com -un Facebook, ya da Youtube səhifələrindən birini bəyənib (like edib), canlı yayına qatila bilərsiniz.

Youtubedəki səhifəmizin ünvanı:

https://www.youtube.com/user/TVmusavat




Ana səhifəyə qayıt        Baxış: 2 819          Tarix: 20-07-2020, 17:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma