Xəbər lenti


Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinadakı səfiri, sabiq Baş prokuror Eldar Həsənov bu gün Bakıda istintaqa cəlb olunub.

Bu sensasiyalı məlumat “AzPolitika.info”-ya E.Həsənova yaxın mənbələrdən daxil olub.

E.Həsənov Bakıda səfərdə olan Serbiya nümayəndə heyətilə birlikdə bir neçə gün əvvəl Bakıya dönüb.

E.Həsənovun istintaqa cəlb olunmasının təfərrüatları məlum deyil. Çox böyük ehtimalla, bu, XİN sistemindəki həbslərin istintaqı ilə bağlı ola bilər.

Əlavə məlumat veriləcək.



Ana səhifəyə qayıt        Baxış: 3 595          Tarix: 13-08-2020, 17:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma