Xəbər lenti


1920-ci ildə Almaniyada doğulub. Sonra ABŞ-a köçüb. İyrmi dörd yaşında ədəbi yaradıcılığa başlayıb. 1994-cü ildə Los-Ancelesdə vəfat edib. Əsərləri bir çox dünya dillərinə tərcümə edilib.




Qızıl balıqlarımız vardı, onlar
pəncərənin qabağını kəsən ağır pərdələrin yanında
Stolun üstündəki akvariumda elə hey fırlanır, dönüb-dolanırdılar
Anamsa həmişə gülərdi və və istərdi ki, biz hamımız
xoşbəxt olaq,
Mənə də deyərdi: “Gülümsə, Henri!”
Anam haqlıydı: ən yaxşısı xoşbəxt olmaqdı
İmkan varsa, şübhəsiz,
Ancaq atam hərdən onu döyərdi
Elə məni də, 
həftədə bir neçə dəfə
Dərisi hirsdən yanıb qaralana qədər
Çünki atam anlamazdı ki, döyməklə
İncidir, içini əzir, yandırır
Anam, bədbəxt balıq, xoşbəxt olmaq istəyirdi,
Həftədə iki-üç dəfə döyülməklə,
Deyərdi mənə: “Gülümsə, Henri, xoşbəxt ol!
Niyə üzün gülmür sənin?”
Sonra mənə baxıb gülümsərdi,
Bax, belə deyərdi,
Bu o vaxtacan gördüyüm ən kədərli gülüşdü,
Günü gəldi, qızıl balıqlar öldü,
Beşi də suyun üstünə çıxmışdı, sonra kənarına,
Gözləri hələ də açıqdı,
Atam evə gələndə onları
Götürüb mətbəxin döşəməsinə
Pişiyin qabağına atdı,
Biz...
Anam necə gülmüşdüsə, qüssəli
Gözlərimiz eləcə bərələ qalmışdı..
  Tərcümə edəni:Cavanşir Yusifli
                      Filologiya elmləri doktoru


Ana səhifəyə qayıt        Baxış: 1 881          Tarix: 25-08-2020, 11:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma