Xəbər lenti

       Dəfələrlə ayrı-ayrı saytlarda, qəzetlərdə, dərgilərdə yayımlanan yazılarda bu ifadəyə rast gəlirik: “Kişilər ağıllı qadınları sevmir”.  Bəs, kişilər gözəl, yaraşıqlı, baxımlı, ədəbli və sair qadınları sevirmiş, ağıllı qadını isə əsla! Əksər hallarda bu fikri söyləyənlər zərif cinsin nümayəndələri olur. Doğrudanmı, bu, belədir?
       Psixologiyada  Hedonik adaptasiya (Anadolu ağzı ilə “hedonik adaptasyon”) deyilən anlayış var. Qadının zərifliyi, gözəlliyi, cazibədarlığı kişi üçün müəyyən müddətə cəlbedici ola bilər. Kişi bu gözəlliklərdən bəlli bir zaman kəsimində həzz ala bilər. Lakin zaman keçdikcə bütün bu cəlbedici olan nəsnələr adiləşir, bir zaman heyranedici, cəlbedici   olan qadın sıradan birinə çevrilir. Artıq iki cinci bir-birinə bağlayan nəsə qalmayınca, ortaya çıxan yanlış   sonuclardan  biri də “kişilər ağıllı qadınları sevmir” – düşüncəsi olur. Zənnimcə, bu qənaətdə olanlar bir çox hallarda “ağıllı qadın” ilə, “hikkəli qadın”, “iddialı qadın”, anlayışını dəyişik salırlar;
     Ağıllı qadın işdən ac-susuz və yorğun gələn ərini mehribanlıqla, qayğıkeşliklə qarşılamaq,ona yardımçı olmaq  əvəzinə məişət problemləri ilə yükləməz,
     Ağıllı qadın durum tələb edirsə, yetərincə qənaətcil olmağı bacarır,
     Ağıllı qadın büdcəyə uyğun olmayanı ərindən  tələb etməz,
     Ağıllı qadın əmək haqqı kişinin əmək haqqından yüksək olduğu təqdirdə heç zaman ondan daha artıq maaş aldığını, ailə büdcəsinə daha çox fayda verdiyini dilinə gətirməz, davranışında hiss etdirməz.
     Ağıllı qadın qiyməti ailə büdcəsinə uyğun gəlməyən geyimi kişidən istəməz, tələb etməz.
     Ağıllı qadın kişinin zəif tərəflərini qabartmaz, üzə vurmaz, əksinə güclü tərəflərini öyərək, qabardaraq onda özünəinam duyğusunu gücləndirər.
       Ağıllı qadın ailədə gərgin durum yarandıqda gərginliyin artmasına yox, ağıllı davranışı və sözləri ilə gərginliyin aradan qalxmasına çalışar, qəzəbin, kinin meydana gəlməsinin qarşısını alar, yenidən ailədə səmimi ortamın meydana çıxması üçün səy göstərər. Daha gərgin və əsəbi ərə adekvat cavab verib, “tonqala benzin tökməz”.
     Ağıllı qadın ərinin gəldiyini rəhmətlik Bəxtiyar Vahabzadə demişkən, çöldən, uzaqdan ayaq səsindən bilər, ərinin nə istədiyini sözündən daha əvvəl baxışlarından anlar...
   Ağıllı qadın  evin iç sirlərini və sorunlarını kənara- qohum-qonşusuna, dost-tanışına, hətta ata-anasına dağıtmaz. Ailənin problemlərini ailənin içində həll etməyə çalışar və buna nail olar. Axı, o, “ağıllı qadın”dır.
     Zənnimcə, ağlı başında olan hər kişinin ən ən böyük arzusu ağıllı qadına sahib olmaqdır. Daha doğrusu, belə bir qadınla ömür-gün yoldaşı olmaqdır.
 
                                                    


Ana səhifəyə qayıt        Baxış: 7 229          Tarix: 7-01-2021, 13:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma