Xəbər lenti


“Anlaşılmazlıqları çözmək üçün dialoqa girəcəyik”

ABŞ-ın yeni dövlət katibi Entoni Blinken təyinatından əvvəl Türkiyə ilə bağlı daha çox tənqidi mövqeyilə tanınsa da, senatorların suallarına verdiyi yazılı cavablarda onun Türkiyə ilə əməkdaşlığın qaçılmaz və zəruri olduğunu bildirməsi məlum olub.
“AzPolitika.info” xəbər verir ki, bu mövzuya toxunan Türkiyənin “Milliyet” qəzetinin köşə yazarı Ali Çınar, Blinkenin senatorların suallarına verdiyi cavabları əldə etdiyini bildirərək, onların 4 əsas hissədən ibarət olduğunu yazıb.

Məlum olub ki, Blinken ABŞ-ın yeni administrasiyasının əsas məqsədlərindən birinin Türkiyənin Rusiya ilə yaxınlaşmasının qarşısını almaq və onun NATO üzrə aparıcı rollarda qalmasına şərait yaratmaq olduğunu bildirib: “Blinkenin 4 kritik nöqtə üzərində durduğu və Konqresdə senatorlara yazılı olaraq təqdim etdiyi Türkiyə dəyərləndirməsi:

- Türkiyə çətin müttəfiqdir. Prezident seçilən Bayden beynəlxalq hüququ və ya bir NATO müttəfiqi olaraq, öhdəliklərini pozan Türkiyənin davranışlarının gündəmə gətiriləcəyinə söz verdi. Administrasiyamız insan haqları və hüququn üstünlüyünə önəm verir.
- Terrorla mübarizə, Suriyadakı münaqişəni sona çatdırma və regional sabitliyi təmin etmə məsələlərində ortaq maraqlarımız var. Türkiyə ilə ortaq prioritetlər mövzusunda işbirliyi arayacaq və anlaşılmazlıqları çözmək üçün dialoqa girəcəyik.

- Ümumiyyətlə, Türkiyəni Rusiya və digər düşmənlərə yaxınlaşdıracaq addımlar atmaqdansa, onu Qərbə meylli mövqedə tutmaq önəmlidir.
- Regional məsələlərdəki fərqliliklərilə Türkiyəni Transatlantik İttifaqa geniş ölçüdə yaxın tutmağa çalışacağıq.”
Cəlal
“AzPolitika.info”



Ana səhifəyə qayıt        Baxış: 2 751          Tarix: 27-01-2021, 17:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma