Xəbər lenti
 
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğ edilməsi məqsədilə Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən ölkəmizin bütün bölgələrini əhatə edən respublika təsviri sənət müsabiqəsinə başlanılıb.
Təhsil Nazirliyindən Ovqat.com-a bildiriblər ki, 6–17 yaş arası məktəblilərin qatılacağı müsabiqə 6-9, 10-13, 14-17 yaş kateqoriyaları üzrə təşkil edilib.
Müsabiqə iki mərhələdə təşkil olunacaq. Birinci mərhələ aprelin 24–dən 27-dək zonalar üzrə təhsil şöbə və idarələrində keçiriləcək. Hər zona üzrə bütün yaş kateqoriyalarında ilk üç yeri tutan əsərlər növbəti mərhələyə vəsiqə qazanacaq.
Müsabiqənin birinci mərhələsinin qalibləri yerli təhsili idarəetmə qurumlarında yaradılmış münsiflər heyəti və mərkəzin əməkdaşlarının iştirakı ilə müəyyənləşdirilərək iki mərhələyə vəsiqə qazanacaqlar. Zonalar üzrə sərgilər təşkil ediləcək və hər yaş kateqoriyası üzrə qaliblər diplomlarla mükafatlandırılacaqlar.
İki mərhələyə təqdim olunan rəsm əsərləri mayın 8-dən 10-dək Təsviri Sənət Qalereyasında qiymətləndiriləcək. Qiymətləndirmə Təhsil Nazirliyinin, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin, “Təhsil” Respublika İdman Mərkəzinin və Azərbaycan Rəssamlar İttifaqının mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən aparılacaq.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.



Ana səhifəyə qayıt        Baxış: 1 429          Tarix: 17-04-2017, 20:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma