Xəbər lenti

 

Ukraynanın Xarkov şəhərində azərbaycanlı iş adamı Elşən Bağırovun 21 yaşlı oğlu naməlum şəxslər tərəfindən oğurlanıb.

Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissəsində yaşayan azərbaycanlı iş adamının oğlu Xarkova dostları ilə gəzməyə gələrkən oğurlanıb.

İş adamından oğlunun azad olunması üçün külli miqdarda pul tələb olunur. E. Bağırov Donetsk və Xarkovda bir neçə restoranın sahibidir.

Xatırladaq ki, son bir ildə Ukraynada 20-dən çox azərbaycanlı iş adamı, yaxud da övladları oğurlanıb. Onların əksəriyyəti ailələrinin ödədiyi pul müqabilində azad olunub. Azərbaycanlılar bununla bağlı Ukrayna hüquq mühafizə orqanlarına müraciət etsələr də, oğurluqları həyata keçirənlərdən indiyə qədər heç kim aşkarlanmayıb.(“Report”)




Ana səhifəyə qayıt        Baxış: 1 073          Tarix: 15-09-2017, 19:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma