Xəbər lenti

 Oktyabrın 5-də və 6-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində P.Çaykovskinin “Qu gölü” baleti nümayiş etdiriləcək.

 Səhnə əsəri Eldar Əliyevin xoreoqrafik adaptasiyasında təqdim olunacaq. Xatırladaq ki, baletin xoreoqrafiyası Marius Petipaya və Lev İvanova, 1950-ci ildə redaktəsi Konstantin Sergeyevə (1910-1992) məxsusdur. Balet Eldar Əliyevin xoreoqrafik adaptasiyasında Primorsk səhnəsində ilk dəfə 2015-ci il yanvarın 23-də qoyulub.

 Eldar Əliyev Bakıda doğulub. O, Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. Eldar Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur. /azertag.az/




Ana səhifəyə qayıt        Baxış: 801          Tarix: 3-10-2017, 09:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma