Xəbər lenti

 

Bu gün Beynəlxalq Rəqs Günüdür

Ovqat.com xəbər verir ki, Beynəlxalq Teatr İnstitutu və UNESCO ortağı QHT Beynəlxalq Rəqs Komitəsi tərəfindən 1982-ci ildə tanıdılmışdır və hər il 29 apreldə qeyd edilir.Bu tarix, müasir baletin yaradıcısı Jan-Lorj Noverrin ad günü xatirəsinə  Beynəlxalq Rəqs Komitəsi tərəfindən təyin olunmuşdur. Hər il bununla bağlı təntənəli tədbirlər, konsertlər keçirilir.

Azərbaycan xalq rəqslərinin tarixi olduqca zəngin və qədimdir. İncəsənətin bir qolu olan rəqslərimiz ülvilik, gözəllik və birlik rəmzi sayılır. Hələ eramızdan 2-3 min əvvəl, Azərbaycan ərazisində rəqslər insanların həyatında müəyyən yer tutub. Bu baxımdan Qobustan qaya üstü təsvirləri arasında “Yallı” oynayan insanların təsviri xüsusilə maraq doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim dövrdən rəqsə olan marağından xəbər verir.
Azərbaycan xalqının da özünəməxsus bir çox rəqsləri vardır.Onlara nümunə olaraq "Vağzalı", "Uzundərə", "Nəlbəki", "Ceyranı", "Cəngi", "Qaytağı", "Qazağı", "Xançobanı" reqslerini göstərmək olar.




Ana səhifəyə qayıt        Baxış: 926          Tarix: 29-04-2017, 09:29      


Paylaş: