Xəbər lenti

 Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının I kurs tələbəsi, istedadlı pianoçu Fidan Mirheydərzadə Praqada beynəlxalq müsabiqənin qalibi olub.

Ovqat.com AZƏRTAC-a istinadən xəbər verir  ki, gənc pianoçunun müəllimi dosent Elnarə Kəbirlinskaya tələbəsinin uğurundan fərəhlənərək deyib: “Müsabiqəyə qısa zamanda hazırlaşdıq. Repertuara T.Quliyevin virtuoz əsəri “Qaytağı”nı da əlavə etdik. Əsər olduqca uğurlu təqdim olunduğundan münsiflər heyəti və auditoriya tərəfindən maraqla qarşılandı və sevildi. Hətta əsərin notlarını da istədilər. Bu həm də musiqimizin beynəlxalq arenada daha bir təbliğidir”.

Yenicə səfərdən qayıdan F.Mirheydərzadə isə təəssüratlarını belə bölüşüb: “Münsiflərin hər biri fərqli ölkələrdən idi. Odessadan olan münsif mənə yaxınlaşaraq ifamda repertuarımdakı Şopenin balladasını bəyəndiyini dedi. Müsabiqədə bir çox nominasiya üzrə rəqabət var idi. Mən pianoçular arasında qalib oldum və qala- konsertdə çıxış etdim. Bu mənim beynəlxalq müsabiqədə ilk qalibiyyətimdir. Qarşıda yeni müsabiqələrə hazırlıq gedir. Qalibiyyətimin davamlı olması üçün çox çalışacağam”.




Ana səhifəyə qayıt        Baxış: 1 472          Tarix: 29-04-2017, 11:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma