Xəbər lenti

 Ehtimala görə, Salvador Daliyə məxsus olan "Missis Rivz" portreti ("Portrait of Mrs. Reeves", 1954) sənət əsərlərinin qaçaqmal ticarəti ilə mübarizə aparan Livan xüsusi xidmət orqanları tərəfindən aşkar edilərək götürülüb.

 Lent.az-ın “report”-a istinadən xəbərinə görə, bu barədə "Daily Star" qəzeti yazıb. Ehtimal edilən şedevr Livanla qonşu olan ölkələrdən birində şəxsi kolleksiyadan oğurlanıb və hərraclarda milyonlarla dollar məbləğində qiymətləndirilə bilər. Suriya və Livandan olan iki qaçaqmalçı Beyrut ətrafında yerləşən Dohat-Aramun dağlıq rayonunda polis tərəfindən saxlanılıb.

 Beynəlxalq ekspertlər yaxın günlərdə əsərin həqiqiliyini müəyyən etməlidirlər. Əsərdə Dali yaradıcılığına xas olan motivlər yer alıb.




Ana səhifəyə qayıt        Baxış: 935          Tarix: 19-10-2017, 07:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma