Xəbər lenti

 Portuqaliyanın paytaxtı Lissabonda “World Press Photo” sərgisinin açılışı olub.

Ovqat.com Azərtac-a istinadən xəbər verir ki, sərgidə 126 ölkədən olan fotoqrafın ümumilikdə beş min əsəri nümayiş etdirilir. Laureatlardan biri Aralıq dənizi sahillərindəki qaçqınları çəkən Daniel Etter olub.

Əsas hədiyyəni isə “The Associated Press” agentliyinin fotoqrafı Burhan Özbilici alıb. O, Rusiyanın Türkiyədəki səfirinin öldürülmə anını əks etdirən fotosu ilə qalib olub.

Fotomüsabiqə 1955-ci ildən keçirilir. Bu il 8 kateqoriya üzrə 45 fotoqraf mükafatlandırılıb.




Ana səhifəyə qayıt        Baxış: 904          Tarix: 29-04-2017, 16:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma