Xəbər lenti

 Bakı Xoreoqrafiya Akademiyasının “Bakının ulduzları” rəqs ansamblı aprelin 25-dən 30-dək Rusiya Federasiyasının Yekaterinburq şəhərində keçirilmiş gənclərin XVI “Yer kürəsi ümumi evimizdir” Beynəlxalq musiqi yaradıcılığı festivalının qalibi olub.

Akademiyanın informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, festivalda Azərbaycan ilə yanaşı, Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, Gürcüstan, Tacıkistan, Özbəkistan, Bolqarıstan, Rumıniya, Hindistan, Çin, Serbiya, Avstriyadan gənc ifaçılar iştirak ediblər. Beynəlxalq festivalın münsiflər heyətinə məşhur balerina, Rusiyanın Xalq Artisti İlze Liepa rəhbərlik edib.

Səfər çərçivəsində Akademiyanın milli rəqs kafedrasının baş müəllimi, Xalq Artisti, Prezident mükafatçısı Yusif Qasımovun bədii rəhbəri olduğu “Bakının ulduzları” rəqs ansamblı yerli televiziya kanallarının qonağı olub, tamaşaçılara “Ağ çiçəyim” rəqsini təqdim edib. Yusif Qasımov Azərbaycanın milli rəqsləri və Bakı Xoreoqrafiya Akademiyasında milli rəqslərimizin tədrisi barədə rusiyalı tamaşaçıları məlumatlandırıb.




Ana səhifəyə qayıt        Baxış: 1 106          Tarix: 30-04-2017, 22:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma