Xəbər lenti

 Alimlər şüşə qabların tullantılarından batareyalar hazırlayıblar

Kaliforniya Universitetinin professorları Çingiz Ozkan və Mihri Ozkan  elektrik nəqliyyat vasitələri və şəxsi elektronika üçün yüksək keyfiyyətli litium-ion batareyalar hazırlayıblar.

Ovqat.com www.sciencedaily.com saytına istinadən xəbər verir ki, batareyalar üçün nano silikon anod yaratmaq məqsədilə onlar tullantı şüşə qablardan və ucuz kimyəvi proseslərdən istifadə ediblər.

Alimlərin sözlərinə görə, bu batareyalar elektrik və hibrid maşınlarının istifadəsini artıracaq, mobil telefon və dizüstü kompüterlərin (notbuk) az enerji yığmaqla daha çox istifadəsinə imkan yaradacaq. 




Ana səhifəyə qayıt        Baxış: 1 024          Tarix: 30-04-2017, 23:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma