Xəbər lenti

 Noyabrın 11-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış piano ifaçısı Eldəniz Ələkbərzadə və cənubi koreyalı məşhur violonçel ifaçısı Jiyun Yoo konsert proqramı ilə çıxış edəcəklər.

Axar.az xəbər verir ki, konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Filarmoniyanın təşkilatçılığı ilə gerçəkləşəcək.

Konsertin solistlərini Xalq Artisti Yalçın Adıgözəlovun bədii rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

Musiqili gecədə Avropa və dünya bəstəkarlarının əsərlərinə müraciət olunacaq.




Ana səhifəyə qayıt        Baxış: 735          Tarix: 8-11-2017, 07:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma