Xəbər lenti

  Arxeoloji qazıntılar zamanı Arşak sülaləsi dövrünə aid saxsı qab olan səhəng tapılıb. Çox güman ki, bu qab qədim dövrlərdə taxıl məhsullarının saxlanılması üçün istifadə olunub.

Ovqat.com Kult.az-a istinadən xəbər verir ki, bu sözləri Muğanın Germi şəhəri Mədəni Abidələri Qoruma İdarəsinin rəhbəri Ruhullah Məhəmmədi İSNA agentliyinə deyib.

Saxsı səhəng Anqurt mahalının Evrəd dərəsində tapılıb. İddia edilir ki, həmin yaşayış məntəqəsinin 500 min il yaşı var.

Tapılan saxsı səhəng Germi Mədəni Abidələri Qoruma İdarəsinə təhvil verilib.




Ana səhifəyə qayıt        Baxış: 1 284          Tarix: 2-05-2017, 08:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma