Xəbər lenti

 

 Bu gün məşhur sovet və rus kinorejissoru Eldar Aleksandroviç Ryazanovun doğum günüdür. Sputnik Azərbaycan xəbər verir ki, Eldar Ryazanov 18 noyabr 1927-ci ildə anadan olub. Türk adı ilə adlandırılmasına baxmayaraq, sırf rus ailəsində — Aleksandr Semyonoviç Ryazanov və Sofi Mixaylovna Ryazanovanın ailəsində doğulub.

1950-ci ildə ilk filmini çəkən Ryazanov sonradan sovet kinematoqrafiyasında ən məşhur komediya filmlərinin müəllifi olub. O, "Ünvansız qız", "Qusar balladası", "Şikayət kitabını verin", "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri" filmlərinə quruluş verib. 1961-ci ildə isə birdən-birə 2 satirik lent çəkib. Bunlardan biri "Robinzon necə yaranıb", digəri isə "Heç yerdən olmayan adam" idi. Adı çəkilən ikinci filmdə Sergey Yurski və Anatoli Papanov kimi məşhur rus aktyorları çəkilmişdi.

Eldar Ryazanovun ən uğurlu filmlərindən biri də "Avtomobildən qorun" hesab oluna bilər. Filmin yaxşı alınmasında İnnokenti Smoktunovski, Oleq Yefremov, Yevgeni Yevstiqneyev, Anatoli Papanov, Andrey Mironov, Qalina Volçek və başqa aktyorların da rolu az deyildi.

Sonrakı illərdə Ryazanov bir-birinin ardınca "Uğur ziqzaqı", "Qoca quldurlar", "Qəribə Təsadüf və ya həmişə təmizlikdə", "İşdə məhəbbət macərası", "İki nəfər üçün vağzal", "Qaraj" filmlərini lentə alıb.

Eldar Aleksandroviç Ryazanov öz kinematoqrafını yaratmışdı. Onun əksər filmləri bu gün də sevə-sevə xatırlanır. Bundan başqa, Ryazanov həm də 1979-1985-ci illərdə "Kinopanoram" verilişinin aparıcısı olmuşdu.

2002-ci ildə Eldar Ryazanov Rusiyada kinematoqrafiya üzrə "Nika" akademiyasının prezidenti seçilib. 

Türk adlı dahi rus rejissoru 2015-ci il noyabrın 30-da Moskvada 88 yaşında vəfat edib.







Ana səhifəyə qayıt        Baxış: 903          Tarix: 18-11-2017, 10:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma