Xəbər lenti

 

Tehranda Mişov Mədəniyyət Mərkəzi tərəfindən çap olunan “Mişov dağı” jurnalı 20 ildən çoxdur ki, latın və əski (ərəb) əlifba ilə Azərbaycan və farsca işıq üzü görür. Bu günlərdə jurnalın 18, 19 və 20-ci nömrələri işıq üzü görüb.

Nəşrin yeni nömrələrində Azərbaycan şairləri Məhəmməd Füzuli, Xurşidbanu Natəvan, Məmməd Arazın və türk şairi Nazim Hikmətin həyat və yaradıcılığından, Xocalı, 20 Yanvar faciələrindən, müasir ədəbiyyatın aparıcı nümayəndələrindən söhbət açılır. Eyni zamanda, jurnalın təsisçisi və redaktoru Aqşın Ağkəmərlinin xalqımızın başına gətirilən bəlalardan bəhs edən yazısı işıq üzü görüb.
Nəşrdə dünya şöhrətli alim Lütfi Zadə, akademik Nizami Cəfərov, Əməkdar jurnalist, filologiya elmləri doktoru Aqşin Babayevin “Nazim və Azərbaycan” kitabı, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsalın yaradıcılığı barədə yazılar, həmçinin şairə Zərəngiz Dəmirçi Qayalının yaradıcılığından nümunələr, eləcə də digər yazılar dərc olunub.\\azertag.az




Ana səhifəyə qayıt        Baxış: 935          Tarix: 23-11-2017, 19:33      


Paylaş:   

Ən çox oxunanlar