Xəbər lenti

 Noyabrın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bədii qiraət ustası, tanınmış aktyor, Xalq Artisti Mikayıl Mirzənin 70 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunacaq gecədə çıxışçılar sənətkarın ömür yolundan danışacaq, onunla bağlı xatirələrini bölüşəcək. Tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak edəcəyi gecədə Mikayıl Mirzənin vaxtilə səsləndirdiyi qiraətlərin yer aldığı videoçarx nümayiş olunacaq, müxtəlif bədii kompozisiyalar təqdim ediləcək.

Mikayıl Mirzə oynadığı rolları təbii, inandırıcı tərzdə tamaşaçılara çatdıran, sənətkar emosionallığı ilə seçilən aktyor kimi tanınıb. O, “Azərbaycanfilm” kinostudiyasında lentə alınan bədii filmlərdə, onlarla dram əsərində yaddaqalan obrazların ifaçısı kimi yaddaşlarda yaşayır.//AZƏRTAC




Ana səhifəyə qayıt        Baxış: 752          Tarix: 24-11-2017, 22:40      


Paylaş: