Xəbər lenti

 London Müasir İncəsənət Qalereyası “HTC” şirkəti ilə birgə yeni formatlı interaktiv sərgi təşkil edib. Sərgi ötən əsrin əvvəllərində Parisdə yaşayıb-yaratmış italiyalı rəssam Amedeo Modilyaninin yaradıcılığına həsr olunub. Ziyarətçilər ekspressionistin rəssam atelyesini virtual reallıqda görmək imkanı əldə edəcəklər.

llayihə “HTC” şirkətinin yaradıcılıq və onun qavranılması üsullarını dəyişdirmək üçün nəzərdə tutulmuş “Vive Arts program” adlı geniş proqramının bir hissəsidir. Ziyarətçilər “Vivo” qarniturunun köməyi ilə rəssamın yaşayıb-yaratdığı dünyanı həm görə, həm də ona “toxuna” biləcəklər.

Rəqəmsallaşdırma zamanı o dövrün real predmetlərindən və sənədli şəkillərdən istifadə olunub. Sərgi növbəti ilin yazınadək davam edəcək, virtual tur isə bir müddət sonra “Vivo” qarniturları üçün mağazada əlyetərli olacaq.//Enciklopediya-tehniki.ru




Ana səhifəyə qayıt        Baxış: 731          Tarix: 24-11-2017, 23:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma