Xəbər lenti

 Memar Sinan Qanuni Sultan Süleymanın qızı Mihrimahı sevirdi. Lakin bu sevginin sonunun olmayacağını da bilirdi. Sultan əsla adi memarla qızının ailə qurmasına izn verməzdi.

Kult.az xəbər verir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Üsküdar sarayının inşa tarixi ilə bağlı maraqlı tarixi faktı xatırladarkən qeyd edib. Dosent bildirib ki, adi əsgər kimi Osmanlı sarayına gətirilən memar Sinan 1538-ci ildə iştirak etdiyi Karabuğdan (Moldova) səfəri ərəfəsində Prut çayı üstündə inşa etdiyi bir körpü ilə hamının diqqətini öz üzərinə çəkmişdi. Bir il sonra - Əcəm Əlinin ölümündən sonra onun yerinə, sarayın baş memarı oldu. Ömrünü axırına qədər bu vəzifədə qaldı:

“Sultanın qızına olan sevgisini ona göstərmək üçün 1546-cı ildə şans yaranır. Sultanın qızı Mihirmah “günay” deməkdir (farsca mihr – gün, mah – ay). Bunu bilən memar Sinan İstanbulun 7 təpəsi üzərində məscid tikilməsi əmrini alan kimi onu sevdiyi xanıma həsr etmək qərarına gəlir. Bunun üçün mükəmməl bir plan qurur. Birinci məscidi Üsküdarda, ikinci məscidi isə Ədirnəqapıda inşa edir. Məscidin inşa yerini elə planlayır ki, mart ayının 21-i günü qübbələrin birində Günəş batır, digərində isə Ay çıxır. Elmdə də məlumdur ki, 21 mart – yaz gecə-gündüz bərabərliyidir. Günəş ekvatorda zenitdə (900) olur. Şimal və Cənub yarımkürələri bərabər işıqlanır. Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində payız fəsli başlanır.

Bir maraqlı məqam da odur ki, sevdiyi sultan qızı Mihirmah məhz mart ayının 21-i dünyaya gəlib. Memar Sinanın sevgisi həyatında nakam nəticələnsə də, tarixdə bu, “eşq tikintisi” adını alır”.




Ana səhifəyə qayıt        Baxış: 578          Tarix: 23-12-2017, 10:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma