Xəbər lenti

 Kiyevdə keçirilən "Avroviziya" müsabiqəsinin finalında ötənilki yarışın qalibi, Ukrayna təmsilçisi Camalanın ifası zamanı səhnəyə çıxaraq, rüsvayçı hərəkət edən ukraynalı keçmiş jurnalist Vitali Sedyukla bağlı yeni məlumat yayılıb.

Ovqat.com Axar.az-a istinadən xəbər verir ki, bir çox qalmaqallı hərəkətləri ilə hər zaman gündəmdə olmağa çalışan V. Sedyuk ötən gün etdiyi hərəkətə görə 5 ilədək həbs edilə bilər.

Bu barədə danışan Ukrayna Daxili İşlər naziri Sergey Avakov jurnalistin dələduzluq maddəsi ilə həbs edildiyini, həmçinin polisə müqavimət göstərdiyini, onun taleyinə bu gün keçiriləcək məhkəmənin qərar verəcəyini deyib.

Qeyd edək ki, ötən gün Camalanın ifası zamanı səhnəyə çıxan V. Sedyuk soyunub və əxlaqsız hərəkət edib.




Ana səhifəyə qayıt        Baxış: 695          Tarix: 14-05-2017, 14:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma