Xəbər lenti

  Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran Pri start götürəcək.

“Report” xəbər verir ki, ilk yarış günündə Azərbaycan yığmasının 4 üzvü mübarizəyə 1/32 finaldan qoşulacaq. Bunlar Kəramət Hüseynov, Vüqar Şirinli (hər ikisi 60 kq), Nicat Şıxəlizadə və Orxan Səfərovdur (hər ikisi 66 kq).

Hüseynovun ilk rəqibi macarıstanlı Çabo Sabodur. O, qalib gələcəyi təqdirdə növbəti mərhələdə monqolustanlı Qanbat Boldbaatarla üz-üzə gələcək. Şirinli Səudiyyə Ərəbistanından olan Mutaz Xavjahı üstələyərsə, hollandiyalı Tornike Tsjakadoeaya rəqib olacaq.

Səfərovun ilk rəqibi belçikalı Kennet Van Qansbekdir. Onu ukraynalı Georgi Zantaraya gözləyir. Şıxəlizadə isə italiyalı Elios Mantsini mübarizədən kənarlaşdıra bilsə, moldovalı Denis Vieru ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan yığmasının üzvlərindən Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) və Fəqan Quluzadə (81 kq) iyulun 28-də, Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elxan Məmmədov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşanqi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi +100 kq) və İrina Kindzerskaya (+78 kq) isə 29-da mübarizə aparacaqlar.

Yarışda 81 ölkənin 573 idmançısı - 367 kişi və 206 qadın cüdoçusu mübarizə aparacaq.




Ana səhifəyə qayıt        Baxış: 518          Tarix: 27-07-2018, 10:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma