Xəbər lenti
 Hindistanlı rəssam Sandeş S.Ranqnekar öz qeyri-adi rəsm əsərləri ilə görənləri heyran edir.
 
Lent.az axşam.az-a istinadən xəbər verir ki, iri rəsm əsərlərində tamaşaçıların hər bir detalı görə bilməsi hər nə qədər asandırsa, xırda material üzərində çəkilmiş əsərdə bu, o qədər çətindir. Sandeşi digər rəssamlardan fərqləndirən xüsusiyyət isə onun öz əsərlərini yarpaq üzərində təsvir etməsidir.
 
10 yaşından bu işlə məşğul olan Sandeşin müəllimi isə atası – Hindistanın məşhur rəssamı Sadaşivdir. Sandeş Hindistanın qədim incəsənət növü olan “Bodhi” (yarpaq üzərində şəkil çəkmə) ənənəsini yaşadan rəssamlarından biridir.

 




Ana səhifəyə qayıt        Baxış: 1 208          Tarix: 21-05-2017, 18:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma