Xəbər lenti

 

Arxeoloqlar Türkiyədə Gürcü Xatunun qəbrini tapıblar.

 Bu məlumatı Gürcüstanın Türkiyədəki səfirliyi yayıb. Məlumata görə, qəbir Ərzurumun Pasinler rayonu yaxınlığında aşkarlanıb. Səfirlik məsələnin detallı araşdırılmasıyla məşğul olduğunu bildirib.

Qeyd edək ki, Gürcü Xatun Gürcü çarlığının Baqrationlar sülaləsindən olan rəhbərləri Rusudanın qızı və Tamaranın nəvəsidir. Əsl adı Tamara Gürcü Xatuna sonrakı adı Anadolu Səlcuqlu dövlətində verilib. Belə ki, o, Anadolu Səlcuqlu hökmdarı II Qiyasəddin Keyxosrovla evlənib. Bu evlilikdən Anadolu Səlcuqlu dövlətinin sonrakı hökmdarı I Əlaəddin Keyqubad dünyaya gəlib. Keyxosrovun ölümündən sonra monqollardan xilas olmaq üçün ermənilərə sığına Gürcü Xatun və Keyxosrovun anası Hunat Xatun satqınlığa məruz qalaraq monqollara təhvil verilmiş, bunun ardınca isə o məcburi şəkildə Anadolu Səlcuqlularının vəziri Pərvanə Muinəddinlə evləndirilmişdi. Bu evlilikdən sonra Gürcü Xatun dini dəyişərək islamı qəbul etmişdi.

Gürcü Xatun tarixdə həmçinin Mövlanə Cəlaləddin Ruminin hamisi kimi də tanınmışdı.




Ana səhifəyə qayıt        Baxış: 376          Tarix: 17-08-2019, 19:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma